Koronavirusun “Mu” variantı “Delta” qədər yoluxucu və öldürücü deyil - Həkim-infeksionist
08.09.2021 15:40

Koronavirusun son zamanlar geniş yayılmağa başlamış “Mu” variantı “Delta” variantı qədər yoluxucu və öldürücü gücə malik deyil.

Aztibb.az xəbər verir ki, bu barədə həkim-infeksionist, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bildirib. 

 

"Heç bir həkim xəstəyə baxıb onun “Mu” və ya başqa varianta yoluxduğunu deyə bilməz. Bunu yalnız molekulyar genetik üsulla müəyyənləşdirmək olar. Lakin hansısa əlamətlərin üstünlük təşkil etməsinə görə zamanla onu ayırd edə bilərik", - deyə həkim vurğulayıb. 

Onun sözlərinə görə, “Delta” variantında daha çox boğaz, baş ağrısı, burun tutulması qeydə alınır. Düzdür, bu əlamətlər klassik COVID-19-da da olur. Sadəcə olaraq, “Delta”da sözügedən əlamətlər daha çox üstünlük təşkil edir.

“Ölkəmizdə “Mu” variantına rast gəlinib-gəlinməməsini laborator nəticələrə əsasən deyə bilərik. Hazırda isə bununla bağlı açıqlama yoxdur. Güman edirəm ki, dünyanın 40 ölkəsində və bizə yaxın ölkələrdə yayılıbsa, gec-tez ölkəmizdə də yayılacaq. Lakin təşvişə düşməyə ehtiyac yoxdur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər