Yaponiyada yemək vaxtı istifadə edilən maskalar hazırlayıb
28.08.2020 00:34

Yaponiyanın Kioto şəhərində yerləşən Saqa İncəsənət Universitetinin tələbələri koronavirus pandemiyası dövründə yemək vaxtı istifadə edilməsi nəzərdə tutulan xüsusi maskalar hazırlayıblar.

 

Aztibb.az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, kağızdan və ya xüsusi materialdan hazırlanan həmin maskalar tutacaqla təmin edilib.

 

Bu məqsədlə keçirilən təqdimat mərasimində Kiotoda fəaliyyət göstərən təqribən 20 restoranın sahibi iştirak edib. Mərasimdə iştirak edən tələbələr maskaların dizaynının və funksionallığının artırılması istiqamətində işlərin davam etdirildiyini bildiriblər.

 

Tədbir iştirakçıları təklif edilən maskaların münasibliyini və yemək vaxtı ondan istifadənin rahat olduğunu qeyd ediblər. Həmçinin bu maskaların virusun yayılmasına qarşı səmərəli olduğu da vurğulanıb.

 

Yemək üçün maskaların ideya müəllifi, Saqa Universitetinin rektoru Sasaki Masako isə koronavirus pandemiyası dövründə bu maskaların yemək vaxtı masa arxasında istifadəsinin səmərəli olacağına ümidvar olduğunu bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib