COVID-19-dan sonra BÖYRƏK PROBLEMLƏRİ
06.09.2021 16:20
Həm böyrək xəstəliyi olan, həm də heç bir böyrək problemi olmayanlar COVID-19-un müalicəsindən sonra mütləq böyrəklərini müayinə etdirməlidirlər.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-nefroloq Barat Yusubov bildirib. 
 
Onun sözlərinə görə, ağır formada koronavirus keçirdikdən sonra, yüksək təzyiq və diabet xəstələrinin çoxunda böyrək problemləri müşahidə olunub. Beynəlxalq Nefrologiya Dərnəyi koronavirus keçirmiş xəstələrdə böyrək problemlərinə dair əsaslı araşdırmalar aparılmasa da, ağır formada COVID-19 xəstələrinin 25-50%də böyrək problemlərinin yarandığı bildirilib.
 
Barat Yusubov qeyd edib ki, müşahidə olunan problemlərdən: sidikdə daha çox protein və qan hüceyrələrinin olması, böyrəklərin filtrasiya funksiyasında zəifləməsi və s.-ni göstərmək olar. Müalicə əsnasında bir çox dərmanların eyni vaxtda qəbul olunması, suyun az içilməsi böyrəklərə mənfi təsir göstərir. Adətən 60 yaşdan yuxarı pasientlərdə yüksək təzyiq, diabet, koronar arteriya xəstəlikləri mövcuddursa, bu, böyrəklərdə keçici problemlərə yol aça bilər.
 
Nefroloq əlavə edib ki, COVID-19-u ağır formada keçirənlərin böyrəklərində qalıcı fəsadların olmasını hər hansı araşdırmayla təsdiqləmək hələ çox tezdir. Lakin böyrəkləri sağlam olan insanlarda da koronavirusdan sonra böyrək xəstəlikləri riski ola bilər. Bu səbəbdən şikayətləriniz olmasa belə böyrək müayinələrini gecikdirməyin.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər