ABŞ-ın baş infeksionisti: Mütəxəssislər “Mu” ştamına qarşı anticisimlərin zəif olacağından narahatdır”
06.09.2021 09:38

Koronavirusun mutasiya etmiş “Mu” ştamının ABŞ-da nə dərəcədə yayıldığını yoxlayırıq. Hazırda bununla bağlı məlumatımız olmadığı üçün heç nə deyə bilmərik. Ancaq “Delta” ştamı ölkədə 99 %-dən çox üstünlük təşkil edir”.

 

Aztibb.az xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci CBS telekanalına açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, mütəxəssislər yeni növ koronavirusun "Mu" ştamı haqqında daha çox məlumat əldə etməyə çalışsalar da, ona qarşı anticisimlərin zəif olacağından narahatdırlar.

 

“Koronavirusun mutasiya etmiş bütün variantlarını ciddiyə alsaq, demək olar ki, hazırda heç bir təhlükə yoxdur”, - deyə E.Fauci vurğulayıb.

 

Baş infeksionist əlavə edib ki, ölkədə mövcud olan koronavirusa qarşı peyvəndlərin COVID-19-un bütün variantlarına qarşı təsirli olduğuna əmindir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər