Tanınmış idman ustası Aydın İbrahimov koronavirusdan dünyasını dəyişib
03.09.2021 10:30

Tanınmış idman ustası, bir çox mükafatların qalibi Aydın İbrahimov koronavirusdan dünyasını dəyişib.

 

Bu barədə onun yaxınları məlumat verib.

 

Bildirilib ki, A.İbrahimov bir müddət əvvəl COVID-19-a yoluxmuşdu və o, “Yeni Klinika”da müalicə alırdı. İdman ustası elə həmin tibb müəssisəsində də vəfat edib.

 

Qey edək ki, A.İbrahimov sərbəst güləş üzrə dünya çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti, 1964-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1963-cü ildə dünya çempionu, 1966-cı ildə Avropa çempionu, 1964-cü ildə SSRİ çempionu, 1963-cü ildə gümüş medal mükafatçısı, 1960 və 1967-ci illərdə bürünc medalların sahibi olub, SSRİ əməkdar idman ustası (1965) və SSRİ Əməkdar məşqçisi adlarına layiq görülüb. Bakının “Dinamo” cəmiyyətinin üzvü olub.

 

Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər