Koronavirusa yoluxanlar bu halda dərhal təcili yardım çağırmalıdırlar - AÇIQLAMA
03.09.2021 09:25

Xəstələr çox yorğundurlarsa, hərəkət edə bilmirlərsə, qızdırmaları düşmürsə, nəfəs darlığı başlayıbsa, təcili yardıma zəng etməlidirlər. Onların klinikaya yerləşmələri tövsiyə olunur.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib.

 

O, bildirib ki, xəstələr, ilk növbədə öz bədənlərində baş verən dəyişiklikləri hiss etməli, bilməlidirlər: "Qızdırma, öskürək olduqda qorxmaq, panikaya düşmək lazım deyil. Qızdırma bütün virus mənşəli xəstəliklərdə müşahidə edilə biləcək simptomdur. Xəstələrə tövsiyə edirik ki, əgər, qızdırma hərarət salan dərmanlara cavab verirsə, yəni dərmanlar vasitəsilə qızdırma düşürsə, o zaman bu qızdırmadan qorxmasınlar. Həmçinin, nəfəsi 10 saniyənin üzərində saxlaya bilirlərsə, panikaya düşməsinlər. Yox əgər, evdə müalicə alan xəstələrdə qızdırma düşmürsə, nəfəs alarkən öskürək, qıcıqlanma olursa, dərhal təcili yardım çağırmaq lazımdır. Bəzən xəstələr klinikaya yatmaqda gecikirlər. Bu məsələ çox önəmlidir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər