“Dad və iybilməni ilk gündən itirənlər xəstəliyi daha yüngül keçirib”
01.09.2021 16:21

“Dünyadan COVID-19 xəstəliyi təmizlənməyəcək, normal qrip virusuna çevriləcək”.

 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev "COVID-19-un ev şəraitində müalicəsi" mövzusunda çıxışında deyib.

 

Onun sözlərinə görə, qızdırma olduğu zaman panikaya düşmək lazım deyil. “Temperatur düşmürsə, öskürək dayanmırsa, boğulma müşahidə olunursa, bu zaman təcili yardım çağırmalıdır ki, şəxsin xəstəxanaya yerləşdirilməsi gecikməsin”.

 

O bildirib ki, elə xəstə var, koronavirusa yoluxduqdan sonra karantin müddəti bitənə qədər 2 həftə duş qəbul etmir: “Bununla bağlı bir göstəriş yoxdur. Sadəcə duş alıb, özlərini soyuqdan qorumalıdırlar. Xəstə duşdan sonra kondisioner altında oturursa, özünü soyuğa verirsə, xəstəlik üçün problem yarada bilər. Əks halda bu müddətdə istədikləri qədər duş qəbul edə bilərlər”.

 

Həkim qeyd edib ki, xəstəliklə bağlı bəzən çox maye qəbul edilməsi məsləhət görülür, amma mayenin qəbulu miqdarı da xəstədən xəstəyə dəyişir: “Yaxşı qidalanma dedikdə isə çox yeməkdən söhbət getmir. Bu zaman balanslı qidalanmaq lazımdır. Bundan başqa, aparılan araşdırmalara görə 6 aya qədər dad və iybilməni itirən xəstələr olur. Buna görə mütəmadi olaraq dərman qəbul almaq lazım deyil. Buna görə neçə aydır COVID müalicəsi alanlar var. Müşahidələr göstərib ki, dad və iybilməni ilk gündən itirənlər xəstəliyi daha yüngül keçirib”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər