Alimlər pandemiya dövründə koronavirusun simptomlarının necə dəyişdiyini izləyiblər
01.09.2021 00:10

Böyük Britaniyalı bir qrup alim araşdırma apararaq pandemiya dövründə koronavirusun simptomlarının necə dəyişdiyini öyrənib.

 

Aztibb.az xəbər verir ki, bu barədə medrxiv.org saytında təqdim edilən materialda deyilir.

 

Ekspertlər, 2020-ci il aprelin 26-dan 2021-ci il avqustun 7-dək COVID-19 üçün PZR testi müsbət çıxan İngiltərədəki təxminən 28 min insana aid məlumatı araşdırıblar.

 

Məlum olub ki, xəstəliyin hər hansı bir simptomu yalnız 48 faiz insanda özünü göstərib. Müqayisə qrupuna yeni növ koronavirus üçün cəmi 3.8 milyon mənfi test verən 457 min insan daxil idi. Bu qrupdan simptomlar 3 faiz insanda özünü büruzə verib.

 

Həmçinin məlumdur ki, əvvəlcə şikayətlərin əksəriyyəti klassik "dörd" simptom ilə məhdudlaşırdı - hərarət, öskürək, iybilmə və ya dadbilmə qabiliyyətinin itirilməsi və ya dəyişilməsi. Lakin artıq bu ilin may ayında xəstələr daha çox başağrısı və bədənin yüksək hərarətindən şikayət etməyə başladılar.

 

Ekspertlər bunu 2021-ci ilin may ayında “delta” ştamının üstünlük təşkil edən variantının yayılması ilə əlaqələndirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər