Dayaq-hərəkət sistemi xəstəliklərindən impotensiya probleminə qədər təsirli müalicə üsulu – Zərbə-dalğa terapiyası
31.08.2021 10:39

Tibbi ədəbiyyatda “Extracorporeal Shock Wave Therapy” (ESWT) adlanan zərbə-dalğa terapiyası dayaq-hərəkət sistemi və digər orqanların müasir və effektiv müalicə üsuludur. Bu müalicə üsulu səs dalğalarının tibbi məqsədlə istifadəsinə əsaslanır. Müalicə proseduru çox aşağı tezlikli (eşidilməyəcək dərəcədə) səs dalğaları (akustik dalğalar) yaradan xüsusi cihaz vasitəsilə aparılır.

 

Aztibb.az dayaq-hərəkət sistemi xəstəliklərindən impotensiya probleminə qədər təsirli müalicə üsulu olan zərbə-dalğa terapiyası haqqında yazını təqdim edir.

 

Cihazın təmas etdiyi nahiyyədə akustik dalğalar toxumalarla yayılaraq sümüyə qədər nüfuz edir. Müalicə üsulu öz sadəliyinə və effektivliyinə görə geniş istifadə edilir.

 

Zərbə-dalğa terapiyası həm iltihabı azaldır, həm də osteofitləri parçalama xüsusiyyətinə malikdir. Ağrı nahiyyəsinə ultrasəs dalğaları 3-4 sm dərinliyə qədər ötürülür. Bu dalğalar müxtəlif tezliklərdə təsir edir. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntıları tədricən parçalanaraq yumşalır və qan vasitəsilə xaric olunur.

 

 

 

Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir.

 

Zərbə – dalğa terapiyası zamanı güclü səs dalğaları problemli nahiyəyə xüsusi aplikatorlar vasitəsilə tətbiq olunur.

 

Bu terapiya dirsək, topuq və çiyin ağrıları ilə yanaşı psevdoatroz kimi bir sıra ortopedik problemlərdə istifadə olunur.

 

Müalicə  prosedurundan sonra kəskin və xroniki ağrıların, yerli iltihabın və şişin azalması, əhvalın yaxşılaşması müşahidə edilir, vətər və bağlar möhkəmlənir. İlk seansdan sonra ağrı azalır, bütün kursu keçəndən sonra sağalma başlayır.

 

 

 

Bu müalicə metodu daban mahmızı və ya pəncə fassiti, epikondilit, podaqra, osteoxondroz, osteoartroz, axillodiniya, tendinoz, bursit, sinovit, liqamentoz, çiyin-kürək periartropatiyası, koksiqodiniya, miozit, əzələ-tonik sindrom, sınıqların gec bitişməsi, yalançı oynaqlar, travmadan, endoprotezdən sonra ağrılar zamanı, yastıayaqlıq və sellülit zamanı tətbiq edilir.

 

Prosedurun müddətini həkim teyin edir, seans 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edə bilir. Müalicə intervallarla 4-7, bəzən isə daha çox seans təyin olunur.

 

Zərbə – dalğa terapiyası tətbiq olunan nahiyələrdə hüceyrənin maddələr mübadiləsinin artması, qan dövranının yaxşılaşması, kəskin və xroniki ağrıların azalması, əzələlərin, vətərlərin, bağların zədələnmiş sahələrinin bərpası kimi müsbət dəyişikliklər izlənilir.

 

Bunlardan əlavə, ESWT daban mahmızı (və ya daban tikanı) müalicəsində effektivliyinə görə ən yüksək nəticələr göstərən müalicə metodikasıdır.

 

Adətən daban şporu 40 yaşından sonra əmələ gəlməyə başlayır. Qadınlarda bu pozulmaya kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Daban şporların əsas simptomu hərəkət və fiziki yükləmə zamanı dabanda olan güclü ağrılardır. Belə ağrılar həmçinin insan uzun müddət ərzində uzandıqdan və ya oturduqdan sonra yeriməyə başladıqda əmələ gəlir (bunlara “start ağrılar” deyilir).

 

Son zamanlar daban şporlarının müalicəsində zərbə-dalğa terapiyasından geniş istifadə olunur. Bu terapiya qısa müddətə müsbət nəticə əldə etməyə kömək edir.

 

 

 

Günümüzdə adətən ereksiya problemi olan kişilərin yalnız 5-10 faizi həkimə müraciət edir. Yaş artdıqca ortaya çıxan bir xəstəlik olaraq bilinsə də, gənclərdə də rast gəlinir. Bir çox səbəbi və müalicə üsulu olan ereksiya problemində son mərhələ olan cərrahi müdaxilədən əvvəl alternativ müalicələrə ehtiyac var ki, onlardan biri də zərbə-dalğa terapiyasıdır. Müalicə ereksiyaya maneə törədən bölgələrdə damarların əmələ gəlməsini dəstəkləmək üçün tətbiq olunur.

 

Yenilikçi bir tibbi metod olaraq təyin olunan zərbə-dalğa müalicəsi heç bir kəsik və ya dərman tələb etmir. Elə bu xüsusiyyəti müalicənin yan təsirinin olmamsının göstəricisidir. Ancaq müalicədən sonra dərinin həssaslıq səviyyəsindən asılı olaraq qızartı və qaşınmanın olması mümkündür. Müəyyən bir müddət gözlədikdən sonra bu həssaslıq əlavə bir dərman istifadə etmədən keçir. Həssaslıq davam edərsə, həkimlə məsləhətləşmək tövsiyə edilir.

 

Zərbə – dalğa terapiyası ciddi əks təsirlər yaratmadığı üçün şəkərli diabet, qan təzyiqi və s. xəstəlikləri olan insanların müalicəsi məqsədilə də icra oluna bilər.

 

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib