COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq istifadəyə verilib  
30.08.2021 15:11

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib.

 

Dövlət Agentliyindən bildirilib ki, tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.

“CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə aidiyyati səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVID-19 pasportunu yoxlaya biləcək. Tətbiq üzərindən vətəndaşın COVİD-19 pasportu aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər:

 

1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;

2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

Vətəndaşlar isə COVID-19 pasportlarına “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.

 

Qeyd edək ki, yoxlama zamanı COVİD-19 pasportunu elektron şəkildə təqdim edən vətəndaşlar pasportun yeni olmasına və ən son versiyanı təqdim etdiklərinə əmin olmalıdırlar. COVİD-19 pasportunu elektron şəkildə təqdim etməyə çətinlik çəkən vətəndaşlar şəxsiyyət vəsiqəsi məlumatlarını (FİN, vəsiqənin seriya nömrəsi, ad, soyad, ata adı, doğum ili) təqdim edə bilərlər.

COVID-19 pasportuna baxmaq və ya əldə etmək üçün “myGov” mobil tətbiqini aşağıdakı linklərdən yükləmək mümkündür:

● "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my 

● "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540 

 

COVID-19 pasportlarının yoxlanılması üçün “CheckApp” mobil tətbiqini icaze.e-gov.az portalından yükləmək mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər