“Peyvəndin tək dozası bizi təhlükələrdən qorumur” - Rəşad Mahmudov
30.08.2021 14:15

“Koronavirus dalğasının növbəti fazasındayıq. Bu dövr ərzində vurdurduğumuz ilk doza və tək doza peyvəndlər bizi təhlükələrdən qorumur”.

 

Aztibb.az xəbər verir ki, bu sözləri millət vəkili, Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib.

 

“Sayıqlığı əldən verməməliyik, gigiyenik qaydalara, karantin şərtlərinə əməl etməliyik, arxayınlığa əsasımız yoxdur! Unutmayaq ki, arzuolunan müsbət nəticələr iki dozu tamamlanmış, üzərindən iki həftə keçmiş insanlar üçün keçərlidir”, - o, qeyd edib.

 

R.Mahmudov bildirib ki, Mərkəzi Gömrük Hospitalında aparılan ilkin statistik analizlər və müşahidələrə görə aşağıdakılar müəyyən olunub:

 

- müalicə alan xəstələr arasında vaksin vurdurmuş xəstələr olsa da, həyatını itirənlər arasında iki doz vaksin olunmuş xəstə olmayıb.

- ikinci doz vaksin almış və reanimasiyaya düşmüş xəstə sayı 1 nəfər olub ki, o da sonradan tam sağalıb və məlum olub ki, xəstə hospitalizasiya olmamışdan əvvəl ev şəraitində deksametazon istifadə edib.

 

Komitə sədrinin müavini iki dəfə peyvənd olunmuş və COVID-19-a yoluxmuş şəxslərin həyatı üçün hər hansı bir təhlükənin olmadığını qeyd edib:

 

“Ən az iki doz vaksin olunmuş, COVID-19-a yoluxmuş xəstələr, ev şəraitində tövsiyə olunmayan dərmanlar qəbul etməzsinizsə, həyatınız üçün heç bir təhlükə olmadığına əmin olun, tam arxayınlıqla virusa qalib gələcəyinizə inanın!”

 

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə tətbiq olunan bütün növ vaksinlər immunitetimizi bu virusla mübarizədə lazımi səviyyəyə qaldıran dünya tərəfindən qəbul edilmiş preparatlardır.

 

 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər