Mircəlal Kazımi: “Bu şəxslərə III doza normal vaxtdan daha tez vurulmalıdır” – VİDEO
30.08.2021 10:11

"Orqan köçürülməsi edilən və ya orqan çatışmazlığından əziyyət çəkən şəxslərin peyvənd olunmasını tövsiyə edirik".

 

Aztibb.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, cərrah-transplantoloq Mircəlal Kazımi deyib. O, bildirib ki, sözügedən şəxslərin virusa yoluxma ehtimalı yüksəkdir:

 

“Təcrübəmizə əsasən deyə bilərəm ki, orqan köçürülməsi edilən və ya orqan çatışmazlığından əziyyət çəkən şəxslərdə “Sinovac” peyvəndi hər hansı problem yaratmayıb. Dünyada aparılan elmi araşdırmalarla bağlı məqalələrdə hazırda bizdə də istifadə olunan “Pfizer-BioNTech” peyvəndindən geniş şəkildə istifadə edilməsini görürük.

 

Həmçinin ABŞ-da böyrək köçürülən və peyvənd vurulmayan 21 yaşdan aşağı gənclər arasında araşdırma aparılıb. Tədqiqat nəticəsində məlum olub ki, xəstələrin 40 faizinin virusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb. Bu 40 faizin 33 faizi isə reanimasiya düşüb və süni nəfəs aparatına qoşulub. Hər nə qədər özlərini qorusalar da, orqan köçülmüş şəxslərin virusa yoluxma ehtimalı yüksəkdir. Çünki onlar xüsusi dərman preparatları qəbul edirlər. Bu preparatların təsirindən isə orqanizmin immuniteti aşağı düşmüş vəziyyətdə olur. Buna görə də belə şəxslərə biz peyvənd vurulmasını tövsiyə edirik. Təbii ki, bu, onların seçimidir”.

 

M.Kazımi onu da qeyd edib ki, peyvənd orqan  transplantasiyası edilmiş şəxsləri 95 faiz virusdan qoruyur:

 

“Qaraciyər transplantasiyası olmuş şəxslər üzərində də peyvəndlərlə bağlı araşdırmalar aparılıb. İsraildə 80-90 şəxs üzərində aparılan araşdırmaya əsasən peyvənd bu şəxsləri 95 faiz hallarda koronavirusdan qoruyur. Hətta tövsiyə xarakterli yazı da yayımlanıb ki, onlara peyvəndin III dozası normalda qeyd olunan vaxtdan daha tez vurulsun”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər