Radioloji müayinələr COVID-19 xəstələrində respirator statusun pisləşdiyi hallarda göstərişdir
30.08.2021 10:01
"Özündə çoxsaylı nəticələrin analizini cəmləşdirən tövsiyələrin bu gün COVID-19 xəstələri ilə işləyən bütün mütəxəssislərin bilməsi vacibdir".
 
Aztibb.az xəbər verir ki, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri Məlahət Sultanova belə deyib.
 
COVID-19 xəstələrində radioloji taktika necə qurulmalıdır?
 
1. Əsas tövsiyələr
 
• Asimptomatik COVID-19 xəstələrində radioloji müayinələrin skrininq test kimi tətbiqi rutin göstəriş sayılmır.
• Zəif (yüngül) simptomatika qrupunda olan COVID-19 xəstələrində xəstəliyin proqressivləşmə riski olmadığı hallarda radioloji müayinələrin aparılması göstəriş sayılmır.
• COVID-19 orta və ağır qruplarında olan xəstələrdə onlarda aparılmış testlərin nəticələrindən asılı olmayaraq radioloji müayinələrin aparılması göstərişdir.
• Radioloji müayinələr COVID-19 xəstələrində respirator statusun pisləşdiyi hallarda göstəridir.
• Torakal KT müayinəsinin aparılmasına məhdudiyyətlər olduğu zaman və respirator statusun pisləşməsi KT müayinəsini tələb etmədikdə COVID-19 xəstələrində RQ müayinəsi aparıla bilər.
2. Əlavə tövsiyələr
• Döş qəfəsi RQ müayinəsinin vəziyyəti stabil olan intubasiya olunmuş xəstələrdə gündəlik aparılması göstəriş deyil.
• COVID-19 xəstələri sağaldıqdan sonra funksional çatışmazlıq və ya hipoksiya hallarında KT müaynəsinin aparılması göstərişdir.
• KT müayinəsində COVID-19 görüntüsünə səciyyəvi olan əlamətlərin təsadüfi aşkar edildiyi hallarda müvafiq testin aparılması göstərişdir.
 
Təbii ki, özündə çoxsaylı nəticələrin analizini cəmləşdirən tövsiyələrin bu gün COVID-19 xəstələri ilə işləyən bütün mütəxəssislərin bilməsi vacibdir.
 
Vacib diaqnostik məqamlar:
 
-COVID-19 pnevmoniyasının diaqnostikasında və menecmentində radioloji müayinələrdə izlənilən əlamətlər yüksək informativ əhəmiyyətə malikdir. COVID-19 pnevmoniyasının əsas kriterisi daha yüksək tezlikdə aşkar edilən bilateral periferik fokal və ya multifokal buzlu şüşə görüntüsü hesab edilir.
-İlk 2 gün ərzində KT, 4-6 gün ərzində RQ müayinəsinin nəticələri neqativ ola bilər. KT müayinəsi PCR testin mənfi olduğu bəzi hallarda COVID-19 pnevmoniyasının mövcud olmasını göstərə bilər. Rentgenoqrafiya müayinəsinin həssaslığının aşağı olmasına baxmayaraq, hər bir xəstədə aparılması məsləhətdir və dinamik müşahidələrdə istifadəsi əlverişlidir.
 
-Əsas vacib məqam ondan ibarətdir ki, xəstələr test analizi pozitiv olan hallarda panikaya düşərək KT və ya rentgen müayinəsindən keçməyə israr edirlər. Bir daha qeyd etmək istəyirəm ki, panikaya düşmədən ev şəraitində respitarot status (saturasiya göstərici) dəyərləndirilsin və bu göstəricinin 93% və daha aşağı olan hallarında radioloji müayinələrdən keçmək məsləhətdir. Nəzərə almaq lazımdır ki, xəstə döş qəfisinin rentgen müayinəsində 0,1mZv(illik təbii şüalanma ilə müqayisədə 10 günlik), KT müayinəsində isə 6,1mZv( illik təbii şüalanma ilə müqayisədə 2 illik) şüa yükünə məruz qalır.
 
Sonda qeyd etmək istəyirəm ki, artıq sanki kabusa cevrilmiş bu bəlanın tezliklə bitməsini istəyiriksə, ilk öncə ciddi əks göstəriş yoxdursa peyvənd olunmalıyıq. Bu faktdir ki, bu gün xəstələnənlərin və letal nəticələrin əksəriyyəti peyvənd olunmayan şəxslərdir. Əhalinin düzgün maarifləndirilməsi, dəqiq və dolğun statsitika burada vacib əhəmiyyət daşıyır. Məsələn, müqayisə etsək, peyvənd olmadan öncə karantin, hətta sərt karantin dönəmində idik və delta variantı yox idi. İndi isə karantin yoxdur, hər yer açıqdır və delta variantı var. Əslində yoluxma və ölüm sayı daha çox olmalı idi. Rəqəmlərin daha yüksək olacağı halda, təqribə eyni olması peyvəndin müsbət təsirini göstərir.
 
Peyvənd olunmaq, sosial məsafəni gözləmək və qapalı məkanlarda maska taxmaqla COVID-19-dan qorunmanın öz əlimizdə olduğunu bilmək və düşkünlük və ruhi sarsıntı keçirmədən bu günləri tezliklə bitirmək ümidi ilə dr. Məlahət Sultanova.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub