Dünyanın 27 ölkəsi "Sputnik V" peyvəndini almaq niyyətindədir
27.08.2020 15:16

Rusiyanın koronavirusa qarşı "Sputnik V" vaksinini əldə etmək imkanı ilə 27 ölkə maraqlanıb. Bu haqda Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib. O, qeyd edib ki, xüsusilə, Belarus, Azərbaycan, Braziliya, Venesuela və Qazaxıstanın vaksini alması planlaşdırılır.

 

Bu barədə Aztibb.az remedium.ru saytına istinadla xəbər verir.

 

T.Qolikova əlavə edib ki, Rusiyada ilk növbədə, tibbi və sosial işçilər, pedaqoqlar və təşkilati kollektivlərdə işləyən digər əməkdaşlar peyvənd olunacaq.

 

O, həmçinin "Vektor" mərkəzi tərəfindən hazırlanan digər vaksin haqqında məlumat verib. "Düşünürük ki, sentyabrın sonu və ya oktyabrın əvvəli bu vaksin də qeydiyyata alınacaq. Bu, "EpiVakKorona" adlandırılan peptid antigenlər əsasında hazırlanmış vaksindir".

 

Qeyd edək ki, kliniki tədqiqatların nəticələrinə görə, birinci və ikinci mərhələlərdə könüllülərdə ağırlaşmalar aşkar edilməyib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir