Yoluxanların sayı bu gün də 4000-i keçdi
27.08.2021 17:42

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb, 1724 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 35 nəfər COVID-19-dan dünyasını dəyişib.

 

İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5 469 nəfər vəfat edib, aktiv xəstə sayı 49412 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 136, ötən müddət ərzində isə ümumilikdə 4 395 646 test aparılıb.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib