Avropa İttifaqı sakinlərinin 75 faizindən çoxu COVID-sertifikatlar alıb
27.08.2021 16:35

Avropa İttifaqının 27 ölkəsinin 446 milyon sakininin 350 milyondan çoxu COVID-sertifikatlar alıb.

 

Aztibb.az xəbər verir ki, bu məlumat cümə günü Avropa Komissiyası tərəfindən yayılıb.

 

“Artıq 350 milyondan çox Avropa COVID-sertifikatı verilib. Bu sənəd onun sübutudur ki, insan peyvənd olunub, koronavirus xəstəliyindən sağalıb, yaxud testi neqativ çıxıb”, - deyə məlumatda bildirilir.

 

Avropa İttifaqı, həmçinin öz COVID-sertifikatlarının ekvivalentinə bərabər olan daha doqquz dövlətin verdiyi sənədləri tanıyır. Bu siyahıya Aİ üzvü olmayan Türkiyə, Ukrayna, İsveçrə, Norveç, İslandiya, Şimali Makedoniya, San-Marino, Vatikan və Lixtenşteyn daxildir. Bu dövlətlərin sənədləri bir şərtlə keçərli sayıla bilər ki, həmin COVID-pasportların sahibləri yalnız Aİ-də tanınmış Pfizer, Moderna, Johnson & Johnson və AstraZeneca vaksinləri ilə peyvəndlənmiş olsunlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər