"Sağalmaq üçün heç bir dərman qəbul etmədim" - Koronavirusa yoluxmuş həkimdən TÖVSİYƏLƏR
27.08.2021 11:44
Koronavirusdan sağalmaq üçün heç bir dərman qəbul etmədim. Yalnız temperaturu salmaq üçün paracetamol, başgicəllənməni götürmək üçün bol maye, ürəkbulanmanı aradan qaldırmaq üçün tez-tez zəncəfilli çay və kürək ağrılarını götürmək üçün voltaren mazı köməyimə çatdı.
Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov koronavirusdan necə sağaldığına dair sosial şəbəkədə məlumat paylaşıb.
Həkim müalicə müddətində heç bir antibiotik və ya sistemdən istifadə etmədiyini deyib:
"Mən 6 ay qabaq vaksin olunmuşdum, lakin ailə üzvlərim vaksinsiz idilər və hər birində də test pozitiv idi. Onlar da demək olar ki, dərmansız və təbii vasitələrlə sağaldılar.
Əgər mütləq dərman qəbul etmək istəyirsinizsə, əks göstəriş yoxdursa, virus əleyhinə arbidol ya favipiravirdən birini seçə bilərsiniz. İkisinin də koronavirusa heç bir xeyri yoxdur. Sadəcə, bu virus qriplə yanaşı gedə bilər deyə, qeyd olunan preparatlar bəzən qripin müalicəsi üçün lazım ola bilər".
Həkim, həmçinin yaşı 40-dan yuxarı olanlara göbək ətrafına kleksan 0.4 iynəsinin gündə 1 dəfə vurulmasını məsləhət görüb.
O, əlavə edib ki, xəstələrin vəziyyətini pisləşdirən vaxtından əvvəl, ehtiyac olmadan təyin olunmuş lazımsız dərmanlardır: "Dərman zəhərin müalicəvi dozasına deyilir. Bütün dərmanlar zəhərdir. Qorxu və panikadan güclü dərmanları bədəninizə vurduqda, orqanizmə virusla mübarizə aparmaqda mane olursunuz".
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26

