Təbii immunitet və peyvənd “delta” variantına qarşı yüksək qoruyuculuq yaradır
26.08.2021 18:52

“Sürətlə yayılma qabiliyyətinə görə "delta" variantı ilə bağlı təhlükə bütün dünya ölkələrində gündən-günə artır. Artıq dünyanın bir çox ölkəsində ciddi problemlər yaradan bu variantla mübarizədə ciddi elmi əsaslı strategiya və analiz tələb edilir. Məhz sual doğuran ciddi elmi məqamlara doğru cavab tapmaq üçün artıq bir neçə tutarlı tədqiqatlar başa çatıb ki, bunlardan da biri İsraildə yekunlaşıb”.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri APA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

 

Onun sözlərinə görə, bu tədqiqatın nəticəsi bir daha onu göstərir ki, pandemiya dönəmində virusla mübarizənin elmi əsaslı olması ən doğru strategiyadır: "Tədqiqatda virusa yoluxub sağalanlarla xəstəliyə yoluxmadan BionTech/Pfizer peyvəndi vurduranlar müqayisə edilib. Nəticəyə görə 6-8 ay öncə sadəcə peyvənd alanlarda "delta" variantına yoluxma riski xəstəliyə tutulub sağalanlarla müqayisədə 13 dəfə çoxdur. Tədqiqatın başqa maraqlı nəticəsi digər önəmli müqayisədən sonra ortaya çıxır. Belə ki, yuxarıda qeyd edilən müqayisəyə xəstəliyə yoluxub sağaldıqdan sonra peyvənd vurduranlar da əlavə edilir. Bu zaman aşkarlanır ki, xəstəliyə yoluxub sağalanlara tətbiq edilən peyvənddən sonra “delta” variantına qarşı yüksək qoruyuculuq var. Tədqiqatın ümumilikdə olan bu nəticələri onu deməyə əsas verir ki, virusa, xüsusi ilə də “delta” variantına qarşı təbii immunitet peyvəndin yaratdığı immunitetdən dəfələrlə güclü və çox önəmlidir".

 

Azərbaycanlı alim bildirib ki, məhz bu nəticə əsas tutularaq pandemiya dönəmində yeni elmi əsaslı strategiyalar düşünülməlidir: "Məsələn, strategiyada nəzərə almaq olar ki, bu gün tətbiq edilən ikinci nəsil peyvəndlər həm də güclü təbii immuniteti qazanmaq üçün müəyyən faiz etibarı ilə daha təhlükəsiz kömək vasitəsidir. Digər önəmli məsələ gələcəkdə strategiyanı doğru qurmaq üçün bu gün xəstələnənlərin həqiqətən COVID-19 olub-olmadıqları dəqiq testlər vasitəsi ilə müəyyən edilməlidir. Çünki gələcəkdə həmin şəxslərin təbii immunitet qazanıb qazanmadığı yeni strategiyada çox önəmli rol kəsb edəcək".

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər