Türkiyədə koronavirusun yeni mutasiyasının yayıldığı ehtimal olunur
26.08.2021 15:19

Türkiyənin İzmir şəhərində koronavirusun yeni yarımnövü aşkarlanıb.

 

Aztibb.az-ın yerli bürosunun xəbərinə görə, bu barədə İzmir Tibb Palatası və Klinik Mikrobiologiya Mütəxəssisləri Təşkilatının rəhbəri Lütfi Çamlı bildirib.

 

Lütfi Camlı İzmir başda olmaqla, Türkiyənin müxtəlif yerlərində koronavirusun alfa, beta, qamma və delta ştamları xaricində naməlum fərqli bir mutasiyası ilə qarşılaşdıqlarını bildirib.

 

O, naməlum mutasiyanın yüzdə 20 faizdən 40 faizədək artdığını deyib və Səhiyyə Nazirliyinin bununla bağlı əhalini məlumatlandırmasının vacibliyini vurğulayıb.

 

“Bu, yeni variantdır, yoxsa edilmiş testlərdə hansısa çatışmazlıqlardan ortaya çıxmış durumdur, dəqiq deyil. Ətraflı klinik məlumatlardan xəbərsizik. Bu məlumatlar Səhiyyə Nazirliyinin qeydiyyatında mövcuddur. Bunun yeni variant olub-olmadığı dəqiqləşəndən sonra bu istiqamətdə araşdırmalar aparılmalıdır”, - deyə L. Çamlı qeyd edib.

 

L. Çamlı yeni variant məsələsinə Ankarada Xalq Sağlamlığı Baş İdarəsinin laboratoriyasında aparılan genetik testlərlə aydınlıq gələ biləcəyini söyləyib.

 

Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyi ölkədə delta ştamının üstünlük təşkil etdiyini bildirmişdi. Lakin PCR testlərində alfa, beta, qamma ştamlarını eyni zamanda daşıyan xəstələrə rast gəlinmədiyi qeyd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər