"Pfizer" peyvəndi vurduranlar arasında xəstəliyə yoluxduqdan sonra ağır kliniki gedişata da rast gəlinir - Nuran Abdullayev
26.08.2021 11:33

İsraildə aparılan və uzun zamandır bitməsini gözlədiyim elmi tədqiqatın ilkin nəticələri artıq hazırdır. Bu tədqiqatın nəticəsi pandemiya dönəmində virusla mübarizənin elmi əsaslı olmasının vacibliyini bir daha özündə əks etdirir. Bu tədqiqatda ilk dəfə olaraq virusa yoluxub sağalanlarla "BionTech/Pfizer" peyvəndini vurduranlar müqayisə edilib. Nəticəyə görə 6-8 ay öncə sadəcə peyvənd alanlarda delta variantına yoluxma riski xəstəliyə tutulub sağalanlarla müqayisədə 13 dəfə çoxdur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

 

N.Abdullayev bildirib ki, tədqiqatın digər önəmli nəticəsi odur ki, xəstəliyə yoluxub sağalanlara tətbiq edilən "BionTech/Pfizer" peyvəndindən sonra yüksək qoruyuculuq müşahidə edilib: "Təəssüf ki, peyvənd vurduranlar arasında xəstəliyə yoluxduqdan sonra ağır kliniki gedişatlara da rast gəlinib". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər