“Yeni Klinika”da vaksin vurdurmaq istəyənlərin NƏZƏRİNƏ!
25.08.2021 20:00

Sabahdan “Yeni Klinika”da canlı növbə randevu ilə əvəz ediləcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Bildirilib ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində vaksinasiya prosesinin surətləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə 16 iyul 2021-ci il tarixdən “Yeni Klinika” tibb mərkəzində  canlı növbə əsasında peyvəndlənmə prosesinə başlanılıb:

 

“Son günlər virusa yoluxma sayında artımın müşahidə edilməsi,eyni zamanda canlı növbələr zamanı yaranan sıxlıqlar nəzərə alınaraq, sabahdan etibarən canlı növbə  randevu sistemi ilə əvəz ediləcək.

 

Vətəndaşlar sabahdan randevu.its.gov.az saytına daxil olaraq öncədən qeydiyyatdan keçməklə “Yeni Klinika” tibb mərkəzində peyvənd olunmaq üçün (“Coronovac” və “Pfizer”) növbə götürə bilərlər.

 

Qeyd olunanları nəzərə alaraq peyvənd olunmaq üçün yalnız rendevu.its.gov.az saytından növbə götürərək tibb müəssisəsinə müraciət etməyinizi xahiş edirik”.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib