Azərbaycanda yaradılacaq vaksinlə bağlı AÇIQLAMA
25.08.2021 19:03

Xəbər verdiyimiz kimi, ötən həftə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda ilk dəfə vaksin yaradılmasına başlanıldığını açıqlayıb. O qeyd edib ki, uzun illərdən sonra ilk dəfə ölkəmizdə COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib.

 

Bundan sonra sosial şəbəkələrdə vaksinin nə vaxt hazır olacağı, tərkibi, bu işə hansı mütəxəssislərin cəlb olunacağı, hətta vaksinin adının nə olacağı haqda informasiya maraq doğurub. Aztibb.az xəbər verir ki, “Qafqazinfo” bütün bu suallarla bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Sorğunu Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev cavablayıb.

 

Direktorun yaradılacaq vaksinlə bağlı açıqlamasını olduğu kimi təqdim edirik:

 

“Verilmiş informasiyada uzun illərdən sonra ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturasının tədqiqatlarına start verildiyi qeyd olunub. İnformasiyadan göründüyü kimi, Azərbaycanda bu istiqamətdə yuxarıda adları çəkilən tədqiqatlara başlanılması üçün insan vücudundan kənarda COVID-19 viruslarının çoxalmasını təmin edən hüceyrələr daxil olmaqla, müxtəlif hüceyrə xətlərinin insan vücudundan kənarda çoxalmasına imkan saxlayan incə hüceyrə kulturası texnologiyası təşkil edir.

 

İşin bu başlanğıc mərhələsi olmadan tibbi biotexnologiyanın bu sahəsində heç bir tədqiqatın aparılması mümkün deyildir. Uzun illərdən sonra ölkəmizdə bu sahədə tədqiqatlara start verilməsi ölkəmizdə tibbi biotexnologiya sahəsində tədqiqatlara başlanmasına və strateji baxımdan bu istiqamətdə aparılacaq çalışmalara gələcəyə dair böyük ümidlər verir. Azərbaycanda bu sahəyə start verilməsi tibbi biotexnologiya sahəsində mövcud olan boşluğun ortadan qaldırılmasına və səhiyyə sahəsində ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsinə imkanlar yaradacaq”. 

 

A.Allahverdiyev əlavə edib ki, qeyd olunan informasiya hazırda peyvəndlərin yaranması üçün ilkin fəaliyyətə başlanıldığı və peyvənd yaradılmasının gələcəkdə həyata keçiləcək layihə olacağını özündə ehtiva edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər