Peyvəndlər fərqli platformalarda hazırlandığına görə hər birinin üstün və çatışmayan cəhətləri var  
25.08.2021 11:02

Yeni növ koronavirusdan (COVID-19) qorunmağın ən etibarlı yolu peyvənddir. Peyvəndə həqiqi münasibəti şərtləndirən əsas amil, insanların bu haqda düzgün maarifləndirilməsidir. Əks hal müxtəlif və ziddiyyətli məqamların yaranmasına yol açır. Məlumdur ki, peyvəndlərin tərkibi və hazırlanma texnologiyası istehsalçı sirridir və onun ictimailəşdirilməsi, yalnız patent sahibi olan hüquqi varisinə məxsusdur. Lakin indi pandemiya dövrüdür. İnsanların mənəvi rahatlığı üçün, peyvəndlərlə bağlı bir çox ziddiyyətli məqamlara aydınlıq gətirilməlidir.

 

Professor Musa Qəniyev koronavirus əleyhinə istifadə edilən peyvəndlər barədə məlumat verib.

 

Bildirib ki, dünyada COVID-19 əleyhinə peyvəndlər müxtəlif texnoloji platformalar əsasında hazırlandığından, birinin digərinə nisbətən üstün və çatışmayan cəhətləri var: koronavirus əleyhinə inaktiv peyvəndləri hazırlamaq üçün SARS-CoV-2 virusu xüsusi, təbii hüceyrə kulturasında becərilir. “VERO”, yəni təbii hüceyrə adlanan bu kultura yaşıl Afrika meymunlarının böyrək hüceyrələri epitelindən alınır. Növbəti mərhələdə, virus kimyəvi yolla inaktivləşdirilir. Bu cür vaksinlərin hazırlanması çox asandır, lakin hüceyrə kulturasında olan virusun produktivliyi və “kütləvi istehsal zamanı” biotəhlükəsizliyinin qorunmasına zəmanət sual altında olur. Kimyəvi emala məruz qaldıqlarına görə, vaksinlərin tərkibində alüminium hidroksid və ya digər adyuvantlar ola bilər. Həmin vaksinlərin təyinində, orqanizmin immun sistemi virusu bütün struktur elementlərinin tamlığı ilə görür. Odur ki, əmələ gələn immun cavab, təkcə virusun zülal fraksiyasına qarşı deyil, bütünlükdə virusa qarşı (örtük təbəqə, matriks və nukleoprotein) əmələ gəlir. Yəni, bu peyvəndlərin potensial fəallığı kifayət qədər yüksək olmalıdır. Paralel olaraq, onların əlavə effekti də, modern peyvəndlərə nisbətən daha yüksək olur. Belə vaksinlərin hazırda istifadə olunan əsas nümunəsi Çin istehsalı olan “CoronaVac”dır.

 

İnaktiv peyvəndlərin hazırlanması ciddi nəzarət və biotəhlükəsizlik tədbirlərinə mütləq şəkildə əməl olunmasını tələb etdiyindən, bu işdə əsas məsuliyyət istehsalçının üzərinə düşür. Buna baxmayaraq, daxili bazara deyil, kütləvi istehsala getdiyi halda, alınmış peyvəndlərin potensial fəallığı mütləq şəkildə yoxlanılmalıdır. Yalnız bu yoxlamaların aparılmasına təminat verən müasir tibb avadanlığı olduğu təqdirdə, belə peyvəndlərdən istifadənin ciddi fəsadlara səbəb olma ehtimalı yoxdur. Güclü tibbi nəzarət sistemi olan inkişaf etmiş ölkələr üçün nəzərdə tutulan peyvəndlərin (“ikinci əl peyvəndlər”) alınması məsləhətdir. Məsələn, “CoronaVac” peyvəndinin ilk dəsti, səhv etmirəmsə, qardaş Türkiyə dövlətindən alınmışdı. Bu peyvəndləmə strategiyasında ən düzgün seçim siyasəti idi”.

 

Professor canlı peyvəndlər barədə də məlumat verib: “Canlı peyvəndlər virusun genetik zəiflədilmiş versiyasını almaq yolu ilə hazırlanır. Bu halda virus çox zəif dərəcədə replikasiyaya məruz qala bilsə də, bir qayda olaraq xəstəlik törətmir. Lakin orqanizmdə, təbii virusun törətdiyi immun cavaba tam uyğun immun reaksiyaya səbəb olur. Yəni əmələ gətirdiyi immunitet praktik olaraq xəstəlikdən sağalmışlarda əmələ gələn immunitetdən fərqlənmir. Potensial fəallıq və dözümlülük əmsalı isə hətta inaktiv peyvəndlərdən belə yüksək olur.

 

Bu peyvəndin mühüm üstünlüyü, orqanizmə burundaxili yolla təyin edilə bilməsidir. Nəticədə virusun giriş qapısı olan yuxarı tənəffüs yolunun selikli qişasında güclü immun reaksiya yaranır. Bu, hətta infeksiyaya yoluxmanı belə, statistik olaraq azaldır. Virusun vaksinasiya olunmuş şəxslərdə də replikasiyaya məruz qaldığını (təkrar yoluxma) nəzərə alsaq, bu peyvəndlərin yaratdığı erkən antitel və formalaşmış hüceyrə immun reaksiyası, həm də bu halın qarşısını nəzərəçarpacaq dərəcədə alır.

 

Müsbət xüsusiyyətlərilə bərabər, bu peyvəndlərin mənfi cəhəti təhlükəsizliyin təmin olunması və virusun modifikasiyaya uğradılması üçün, uzun zaman müddətinin tələb olunmasıdır. Başqa sözlə, ciddi tədqiqat və nəzarət tələb edən bir proses olmasıdır. Bu cür peyvəndlərə vərəm əleyhinə BCG-ni misal göstərmək olar. Hazırda COVID-19 əleyhinə COVI-VAC adlı belə bir peyvənd ABŞ və Hindistanın birgə əməkdaşlığı ilə Hindistanın Peyvəndlər İnstitutunda hazırlanıb və klinik sınaqlar mərhələsindədir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər