Tarixdən günümüzə qədər tətbiq edilən təbii müalicə – Refleksoterapiya
24.08.2021 23:30

Son illərdə, xüsusilə şəhər həyatının artan tempi, vaxt çatışmazlığı, evdə və işdə həddindən artıq stress təkcə psixologiyamız və ruhumuz deyil, fiziki olaraq vücudumuza da çox təsir edir. Davamlı boyun, çiyin və bel ağrıları həyatımızın demək olar ki, ayrılmaz bir hissəsinə çevrildiyi üçün idman salonları və masaj müalicələri zəruri hala gəlib. 

 

Aztibb.az ən populyar müalicə üsullarından biri olan refleksoterapiyanın metodları və faydalı olduğu xəstəliklər haqqında yazını təqdim edir.

 

Refleksoterapiya dəridə olan bioloji aktiv nöqtələrə müxtəlif fiziki faktorlarla (iynə, metal, maqnit, lazer şüası, zəli, daşlar, metal kürəciklər və s.) təsir göstərməklə aparılan müalicə metodudur.

 

Refleksoterapiya qədim zamanlardan bilinən alternativ bir müalicə üsuludur. Eramızdan əvvəl 3000-ci ildən günümüzə qədər gəlib çatan bu üsul bədənin müəyyən nöqtələrinə təzyiq tətbiq etməklə, bu nöqtələrdən keçən orqanlara, orqanlardan hüceyrələrə sərbəst enerji axını təmin etməyə əsaslanır. Nəticədə orqanizmin ümumi reaksiyası aktivləşir ki, bunun sayəsində sinir, immun, endokrin sistemlərində balans bərpa olunur, bioloji aktiv maddələrin ifrazı normallaşır. Ağrı aradan qalxır, əzələlər boşalır, orqanizmdəki  hərəki, vegetativ və emosional reaksiyalar normallaşır, həmçinin arterial təzyiq tənzimlənir.

 

 

 

Refleksoterapiyanın vətəni Çindir. Qədim Çin ənənəvi tibbindən gələn refleksoterapiyaya Avropa ölkələri XVII əsrində müraciət etməyə başlayıb.

 

Müasir refleksoterapiyanın əsasını isə 1913-cü ildə amerikalı alim Uiliam Fitzerald qoyub. O, bədən səthinin müəyyən sahələrinə  təzyiq etməklə ağrı və iltihabı aradan qaldırmaq üçün müxtəlif orqanların funksiyalarını yaxşılaşdırmağın mümkün olduğunu aşkar edib. Bədənin müxtəlif bölgələri arasında münasibətlərin sxemini insan orqanizmindən keçən on əsas xəttin ayrılması ilə qeyd edib.

 

Refleksoterapiya hazırda geniş istifadə olunur. Müxtəlif ixtisaslı həkimlər arasında refleksoterapiya metodlarına olan maraq getdikcə artır.

 

Refleksologiya bədənin bütün hissələri və orqanlar ilə əlaqəli direktiv refleks sahələrinin əllərdə, ayaqlarda və qulaqlarda olması prinsipinə əsaslanan bir tətbiq üsuludur. Refleksoterapiya əl, ayaq və ya qulaqlar üzərində tətbiq olunur, masaj cihazı, masaj çubuğu, masaj mili kimi alətlərdən istifadə edilir. 

 

Bəzən refleksoloji masajla ayaq masajı arasındakı fərq unudulur. Bu iki müalicə oxşar görünə bilər, amma bəzi əsas fərqləri var. Hər ikisi də faydalıdır. Ayaq masaj terapiyası əzələləri rahatlaşdırmaq, gərginliyi aradan qaldırmaq və qan dövranını yaxşılaşdırmaq üçün toxumaların manipulyasiyasından ibarətdir. Bu ümumi sağlamlığı və rifahı yaxşılaşdırır. Refleksologiya isə bədən boyunca enerji axını bərpa etmək üçün hədəflənmiş təzyiq nöqtəsinin masajıdır. Müalicə ümumiyyətlə ayaqlara yönəldilir, ancaq əlləri və qulaqları da əhatə edə bilər.  

 

 

 

Tibbdə refleksoterapiyanın bir çox metodları tətbiq edilir.

 

Şərq refleksoterapiyası orqanizmdəki həyatverici qüvvələrin balansının diaqnostikasına əsaslanan qeyri-ənənəvi tibb metodudur.

 

Klassik korporal refleksoterapiya bədəndəki nöqtələrə nazik iynələrlə təsir göstərilməsinə əsaslanır.

 

Aurikulyar refleksoterapiya qulaq seyvanları nöqtələrinə təsir göstərilməklə tətbiq edilir.


Səthi iynə refleksoterapiyası applikator və iynəli diyircəklərin, kiçik çəkiclərin istifadəsi ilə icra edilir.


Vakuum refleksoterapiyası bankaların tətbiq ilə olur.

 

Hirudorefleksoterapiya zamanı tibbi zəlilərdən istifadə edilir.

 

Mikrocərəyan və ya elektropunktur refleksoterapiya elektrik mikroimpulslarla müalicə metodudur.

 

Lazer refleksoterapiyası isə lazer impulasları ilə innovativ refleksoterapiya metodu hesab olunur.

 

Refleksoterapiyanın nevralgiya nevriti, radikulit, nevrozlar, nevrasteniya, xroniki yorğunluq sindromu, epilepsiya, enurez, hipertoniya xəstəliyi, neyrosirkulyator distoniya, Reyno sindromu, Manyer xəstəliyi, ürəyin işemik xəstəliyi, konyuktivit, otitlər, qulaqda səs-küy, xroniki bronxit, bronxial astma, rinit və zökəm zamanı faydalı olduğu müəyyən edilib.

 

Bundan başqa, neyrodermit, psoriaz, şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri, artritlər, artroz, osteoartroz, osteoxondroz, uşaq serebral iflici, dağınız skleroz, klimaks, diş ağrısı, menstrual ağrılar, baş ağrıları, qastrit, xora xəstəliyi, xroniki qəbizlik və s. xəstəliklər üçün də bu müalicə uğurlu hesab edilir.

 

Ümumilikdə, baş, bel ağrıları, stres halları, piylənmə, osteoxondroz, insultdan sonra parez və bir sira digər xəstəliklər refleksoterapiya ilə müalicə olunur.

 

 

 

Terapiya zamanı seanslar xüsusi hazırlanmış oturacaqda keçirilir və 10 dəqiqədən 45 dəqiqəyə qədər davam edir. Körpələr və ya əlillər üçün isə fərqli tətbiq olunur.

 

Refleksoterapiyaya bədxassəli şişlər, kəskin infeksion, damar və psixi xəstəliklər əks göstərişlidir.

 

Bu müalicə metoduna başlamazdan əvvəl refleksoterapevtlə məsləhətləşmək, prosedurların xüsusi və fərdi xüsusiyyətlərini müəyyənləşdirmək, əks göstərişləri müəyyən etmək lazımdır.

 

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub