Koronavirusdan qorunmaq üçün QIZIL QAYDALAR 
24.08.2021 11:32
Son günlər dünyada və ölkəmizdə koronavirusa yoluxmaların sayı kəskin artıb və bu artım davam etməkdədir. Avqust ayının statistikasına nəzər salsaq, bu ay ən çox yoluxma sayı 4 mini, ölənlərin sayı isə 30-u keçib.
 
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının USM həkimi Tükəzban Abdullayeva “COVID-19-dan qorunmaq üçün daha nə edək?” sualını cavablandırıb.
 
Onun sözlərinə görə, hazırda virusun sürətlə yayılma səbəblərindən biri yeni Delta ştammının olmasıdır. Bu ştamm daha sürətlə yoluxdurur və yaşlılar üçün təhlükəli olduğu qədər, uşaqlar və gənclər üçün də qorxuludur. Virusdan qorunmağın qızıl qaydaları hər zaman qüvvədədir.
 
Düzdür, ölkəmizdə karantin qaydaları yumşaldıqdan, ictimai iaşə obyektləri açıldıqdan sonra insanlar bir qədər arxayınlaşdılar. Çox vaxt ictimai nəqliyyatda, ticarət və ictimai iaşə obyektlərində insanların maskadan düzgün istifadə etməməsinin şahidi oluruq. Yəqin ki, hamınız rast gəlmisiniz, - maskanı ya çənə üstündə saxlayırlar, ya biləkdə gəzdirirlər. Maska ağız və buruna virusun daxil olmaması üçündür, o, çənəni və biləyi qorumaq üçün nəzərdə tutulmayıb. Bütün bunlar koronavirusun yayılması üçün əlverişli şərait yaradır.
 
Xəstəliyə yoluxmaq çox asandır, sağalmaq çətin. Maskalardan cəriməyə düşməmək üçün deyil, qorunmaq üçün düzgün istifadə edin. Sağlamlığınızı qoruyun, çünki, heç bir cərimədən qaçma, heç bir qadağaya məhəl qoymama sizə dünyanın ən şirin neməti olan can sağlığınızı qaytara bilməyəcək. Pandemiya dövründən çıxmağın yeganə yolu vaksinasiyadır. Bunu artıq bütün dünyada insanlar dərk etməyə başlamış, könüllü surətdə peyvənd vurduranların sayı artmışdır.
 
Statistikaya nəzər salsaq, Azərbaycanda vaksinasiya olunanların sayı 6 milyonu keçib. Vaksinasiyanın sürətlə davam etdiyini nəzərə alsaq, bu, 10 milyondan artıq əhalisi olan bir ölkə üçün çox yaxşı göstəricidir.
 
Onu da qeyd edim ki, hazırda yoluxanların 90%-i peyvənd olunmayanlardır. Pandemiya başladığı gündən bu günə qədər tək Azərbaycanda deyil, bütün dünyada koronavirusa hər kəsin yoluxması gözləniləndir, heç kim bu xəstəlikdən sığortalanmayıb - nə təkrar xəstələnməkdən sonra, nə də peyvənddən sonra. Buna görə də hər kəs öz orqanizmini buna qarşı hazırlamalı və immun sistemini möhkəmləndirməyə çalışmalıdır.
 
Bəzi insanlar peyvənddən qaçır, bunu yaşlı olmaları və ya yanaşı xəstəliklərinin olması ilə əlaqələndirirlər. Lakin bütün dünyada həkimlər həm yaşlı, həm də risk qrupuna daxil olan - yanaşı xəstəlikləri olan insanlara vaksinasiyadan keçməyi tövsiyə edir. Bir həkim kimi hamıya vaksinasiya olunmağı və gigiyena qaydalarına tam riayət etməyi tövsiyə edirəm.
 
Bir daha xatırlatmaq istəyirəm ki, COVID-19-dan sağalmış sağlam insanlar da yenidən virusa yoluxa və onu yaya bilərlər. Ona görə də təhlükəsizlik qaydaları, hər şeydən əvvəl maskalardan istifadə, gigiyena qaydalarına ciddi riayət edilməsi və sosial məsafənin saxlanması həm vaksinasiyadan əvvəl, həm də ondan sonra gözlənilməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər