Böyük Britaniya anticisim testlərinin tətbiqinə başlayır
24.08.2021 10:50

Böyük Britaniya anticisim testlərin tətbiqinə başlayır.

 

Aztibb.az xəbər verir ki, müsbət koronavirus hadisələrində anticisim səviyyələrini izləmək və ortaya çıxan məlumatları qiymətləndirmək üçün ölkədə ilk dəfə kütləvi şəkildə anticisim testləri ictimaiyyətə təqdim ediləcək.

 

Hökumət test proqramı vasitəsi ilə insanların koronavirusa yoluxduqdan sonra təbii qorunmanın nə dərəcədə olduğunu öyrənməyi hədəfləyir.

 

Çərşənbə axşamından etibarən tətbiq ediləcək proqramda 18 yaşdan yuxarı hər kəs PCR testi ilə birgə anticisim test proqramından da qeydiyyatdan keçə biləcək.

 

Səhiyyə naziri Səcid Cavid proqrama qoşulmağın tez və asan olacağını söyləyib. O, test proqramı ilə virusa yoluxmuş, lakin anticisim istehsal edə bilməyən insanlar haqqında məlumat əldə etməyin mümkün olduğunu bildirib.

 

Proqramı idarə edəcək “Sağlamlıq Təhlükəsizliyi Agentliyi” İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadakı Milli Sağlamlıq Xidməti (NHS) qrupları ilə birgə fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, anticisim testləri əvvəllər ölkədə məhdud sayda istifadə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər