Dünyada ötən sutka koronavirusa 451 mindən çox yoluxma qeydə alınıb
23.08.2021 10:23

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 451 mindən çox olub.

 

“worldometers.info” saytının məlumatına görə, ötən sutka ərzində 451 min 510 nəfər yeni koronavirusa yoluxub, 8 min 264 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 212 milyon 555 min 62, ölənlər isə 4 milyon 443 min 904 nəfərə çatıb.

 

Ötən sutka ərzində virusa ən çox yoluxma halı İranda (36 min 419 nəfər), bu xəstəlikdən ölüm faktı isə İndoneziyada qeydə alınıb – 1030 nəfər.

 

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (38,5 milyon), Hindistan (32,4 milyon), Braziliya (20,5 milyon), Rusiya (6,7 milyon), Fransa (6,6 milyon), Böyük Britaniya (6,4 milyon) və Türkiyədə (6,2 milyon) qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər