Soyuqla müalicənin üstünlükləri və riskləri – Krioterapiya / İkinci yazı
21.08.2021 23:36

Krioterapiyanın kriosauna deyilən sahəsi geniş tətbiq olunur. Saunadan sonra soyuq orqanizmin yağlarını çox aktiv şəkildə parçaladığı üçün arıqlamağa kömək edir. Həmçinin kriosauna idman təlimlərinin effektliyini 40% artırır.  Soyuq temperatur toxumaların bərpasına əhəmiyyətli dərəcədə təsir edir.

 

Aztibb.az dondurma və ya soyuqla mülaicə metodu kimi tanınan krioterapiyanın terapevtik əhəmiyyəti və tibbdə tətbiq sahələri haqqında növbəti yazını təqdim edir.

 

Kirosaunada baş açıqda olmaq şərtilə bütün bədən boru şəkilli bir kabinetdə  2-3 dəqiqə dondurucu soyuğa məruz qalır. Ayaq üstə duran xəstəyə kabin içərisində lift sistemi ilə azot qazı püsgürdülür.

 

Krioterapiya həmçinin sellülitə qarşı da effektlidir. Bu məqsədlə bir çox kosmetik vasitələrin tərkibinə  təravətləndirici mentol əlavə edilir.

 

Epidermisin üst qatları soyudulduqda orada qan dövranı zəifləyir. Dərinin dərin qatları soyuq təsirləri kompensasiya edir. Bununla maddələr mübadiləsi aktivləşir, yağlar aktiv şəkildə parçalanır. Nəticəni isə çox gözləməyə ehtiyac yoxdur. Dərialtı yağ yığınları azalır, dəri arzuolunan elastikliyi qazanaraq hamarlaşır.

 

Krioterapiyada Kriolipoliz texnologiyasından da faydalanılır. Kriolipoliz piylərin aradan qaldırılması üçün istifadə olunan ən thəlükəsiz və effektiv metodlardan biri hesab olunmaqdadır. Texnologiya ilk olaraq ABŞ-da yaradılıb, daha sonra isə sürətlə bütün dünyaya yayılıb.

 

Bu metod dərinin kriodözümlülük sərhədlərini keçmədən tətbiq olunan nahiyədə aşağı temperatur yaradaraq oqranizmin termotənzimlənməsini dəyişməyən soyuq faktorlara əsaslanır.

 

 

 

Bir kriolipoliz proseduru 25-30%  piy qalınlığının azalmasına səbəb ola bilir. Bu prosedur əsasən qarın, bel, ayaqlar, çənə və əllərdə həyata keçirilir. Vizual olaraq nəticə göz önündə olur. Piyin 2-6 sm azalması nəticəsi əldə edilir.

 

Kriolipolizin əsas üstünlüyü gərəkli nahiyədə nəticə alaraq ətraf nahiyələrdə mövcud formaları qorumaqdır. Diyeta və məşqlər bütün bədən üzrə çəki itkisinə səbəb ola bilir. Əksər hallarda isə buna ehtiyac duyulmur, sadəcə müəyyən nahiyədəki artıq yağları aradan qaldıraraq ideal formaya qovuşmaq mümkün olur.

 

Orqanizmdə yağ az rol oynamır. Xüsusilə xanımlar üçün o hormonal funksiyanı yerinə yetirir. Orqanizmdə olan normal və standart yağ çəkisi 10 kq hesab olunmaqdadır. Bu yağ toplantıları qədərində olmadıqda hamiləliklə bağlı problemlər yaşana bilər.

 

40 yaşdan sonra isə xanımlarda yağ toplantıları hormonal dəstək üçün gərəklidir. Odur ki, istənilən bir prosedur, öz qədərində effektivdir.

 

Krioterapiya bir növ buz vannasının hi-tech formasıdır. Adətən buz vannasının faydasını görmək üçün 20-25 dəqiqə orda oturmaq lazım gəlir. Buna isə hər kəs dözə bilmir. Soyuq buxarın verildiyi cəmi 3 dəqiqə ərzində bədənin temperaturu çox sürətli şəkildə aşağı salınır, bədəndə olan qan mərkəzə yığılır və sonra damarlara və ürəyə gedir.

 

Bu, bədən üçün haradasa şok terapiyası effektini verir, qan dövranını aktivləşdirir və metabolizmi sürətləndirir. Prosedur zamanı qan çox böyük həcmdə oksigen qəbul edir, bu isə toksinlərin orqanizmdən xaric edilməsinə gətirib çıxarır.

 

Kriocərrahiyyə tibbdə orqanlarda infeksiyanı müalicə etmək və ya xərçəng hüceyrələrini öldürmək üçün istifadə edilən minimal invaziv cərrahi əməliyyatdır. Xüsusi cihazların köməyi ilə məhv ediləcək zədələnmiş toxumaya -80 / -190 dərəcə aralığında maye azot tətbiq olunur. Toxuma ilə təmasda olan qaz onu qısa müddətə dondurur. Artıq fəliyyətini itirən ölü hüceyrələr toxumadan çıxarılır və təzə toxumalarla əvəz olunur.  

 

 

Kriocərrahiyyədən həm də beyində və qara  ciyərdə  xüsusi  əməliyyatların aparılması zamanı, damar şişlərin müalicəsində qan itkisinin miqdarını minumuma endirmək məqsədilə istifadə olunur.  

 

Bütün bədən krioterapiyası ümumiyyətlə təhlükəsiz sayılır, ancaq şəkərli diabet, hipertoniya, ağciyər xəstəliyi, soyuqdan qaynaqlanan allergiya və ürək-damar xəstəliklərində sinir zədələnməsinə və ağciyər funksiyasının pozulmasına səbəb olur. Həmçinin ödem, ağrı, qanama, infeksiya kimi yan təsirlər meydana gələ bilər.

 

Bundan əlavə, krio-otaqlarda istifadə olunan maye azot buxarı hipoksiyaya (oksigen çatışmazlığı) səbəb ola bilər ki, bu da xəstənin şüurunu itirməsi ilə nəticələnir. Eyni zamanda, müvəqqəti yaddaş itkisi və 24 saatdan az davam edən göz zədələnmələri də ola bilər.  

 

Lokal krioterapiyanın davam etmə müddəti bir neçə dəqiqədən 1 saata qədərdir. Prosedur 2-4 saat fasilə ilə davam etdirilir. Müalicə kursunun davam etmə müddəti 72 saatdan 1 aya qədər ola bilər. 

 

Müalicədən sonra ən çox görülən ümumi təsirlər isə yüngül ağrı, uyuşma, qızartı və dərinin qıcıqlanmasıdır. Bu təsirlər müvəqqətidir, ancaq 4-5 gün ərzində yox olmazsa mütləq həkimə müraciət edilməlidir.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb