Soyuqla müalicənin üstünlükləri və riskləri – Krioterapiya / Birinci yazı
21.08.2021 11:23

Krioterapiya orqanizmin üzv və toxumalarına soyuq amilin təsiri ilə aparılan müalicədir. Soyuq qıcıqlandırıcı dəri reseptorları tərəfindən qəbul olunaraq bütöv orqanizmdə, yaxud ayrı-ayrı üzv və sistemlərdə mürəkkəb və çoxsahəli reaksiya törədərək bioloji prosesləri dəyişir.

 

Aztibb.az dondurma və ya soyuqla mülaicə metodu kimi tanınan krioterapiyanın terapevtik əhəmiyyəti və tibbdə tətbiq sahələri haqqında yazını təqdim edir.

 

Misirlilər və Hippokrat dövründən bəri krioterapiya tətbiq olunan bir müalicə formasıdır. Bu müalicə metodu Yaponiyada daha geniş tətbiq edilib, müalicənin aparatdan istifadə ilə icarsı isə Polşada həyata keçirilib. ABŞ-da son 10 il ərzində daha çox yayılıb. Müalicə kabinə aparatları ilə yanaşı orqanizmin müəyyən hissələrinə tətbiq etmə ilə aparılır.

 

Yüksək intensivlikdə soyuqla təsir edən zaman çoxlu miqdarda dəri elementləri parçalanaraq müxtəlif dərəcəli don vurma törədir. Soyuq həmçinin keçiriciliyə regenerativ və reparativ proseslərə də təsir göstərir.

 

Soyuğun yerli təsirindən damarlar büzüşdüyündən dəri avazıyır, sonra isə damarların genişlənməsi hesabına qan axını çoxaldığından yüngül qızartı və istilik törədir ki, buna da aktiv hipertermiya deyilir. Soyuğun uzun müddət davam etdirilməsi aktiv hipertermiyanı passiv formaya keçirdiyindən dərinin rəngi qızarır.

 

 

Krioterapiya ilə orqanizmə ekstremal dərəcədə aşağı temperaturda azmüddətli təsirlə dayaq-hərəkət aparatının xəstəlik və travmaları, revmatoidli artrit, kəskin pankriatit, yanıqlar, trofik xora, yataq yaraları, qızılyel xəstəliklərinin müalicəsi aparılır.

 

Krioterapiya maddələr mübadiləsi proseslərini stimullaşdırır, qaz mübadiləsini, karbohidratların, yağların bəzən zülal birləşmələrinin yaranmasını artırır.

 

Toxumalarda ödem və alterasiya azalır, uzun müddət sağalmayan yaralarda toxuma regenerasiyası aktivləşir, ölmüş toxumaların yenilənməsi və nekroliz prosesinin surətlənməsi baş verir.

 

Araşdırmalar göstərir ki, krioterapiya oynaqlarda və əzələlərdə xroniki ağrıya səbəb olan artrit kimi revmatik xəstəliklərdə ağrını əhəmiyyətli dərəcədə azaldır və hərəkətliliyi artırır. Çiyin hərəkətliliyini məhdudlaşdıran bir sindrom olan donmuş çiyinin müalicəsini də dəstəkləyir. 

 

Dünya praktikasında ziyilin müalicəsi zamanı bütün dermatoloqların ilk seçimi krioterapiyadır. Bu üsulla müalicə zamanı ziyillər maye azotla dondurulur. Ziyillərin keyfiyyətli maye azotla dondurulması ilə onların tədricən itir.

 

Bu üsul çox rahatlıqla kosmetoloji məqsədlər üçün istifadə olunur.

 

Kriomasaj üzün soyudulmuş tamponla və yaxud soyudulmuş maye azot şırnağı altında masajıdır. Masaj dəri örtüklərini yaxşılaşdırır, qırışları yox edir, genişlənmiş damarları daraldır.

 

Digər üsul olan kriopilinq isə soyudulmuş maddələrin köməyi ilə epidermisin üst qatının hüceyrələrinin yox edilməsi məqsədilə tətbiq edilir. Proses müxtəlif növ pilinqlə bərabər çox yaxşı nəticələr verir.

 

Krioprosedurlar keçəlləşmənin də qarşısını alır və kəpəyə qarşı yaxşı təsir göstərir.

 

 

Bundan başqa, bütün bədənə tətbiq olunan həddindən artıq soyuqluq psixoloji gərginliyi tarazlaşdırmağa kömək edir. Xüsusilə narahatlıq və depressiyanın müalicəsində istifadə edilir. Fizioloji və hormonal reaksiyalara səbəb olaraq adrenalin, noradrenalin və endorfinlərin salınmasını stimullaşdırır.

 

Krioterapiyanın kosmetologiyada kriosauna deyilən bir sahəsi də geniş istifadə olunur. Belə saunadan sonra soyuq orqanizmin yağlarını çox aktiv şəkildə parçaladığı üçün bir neçə kiloqram çəki ilə vidalaşmaq olur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev