Koronavirus uşaqlar tərəfindən az yayılır - Tədqiqat
26.08.2020 23:04

Barselona ərazisində yerləşən 22 yay düşərgəsində 1900 uşaq və nəzarətçi arasında aparılan tədqiqat onların bütövlükdə əhali ilə müqayisədə, koronavirusu 6 dəfəyədək az ötürmək qabiliyyətinə malik olduqlarını nümayiş etdirib.

Aztibb.az xəbər verir ki, bu, hazırda həddi-büluğa çatmayanlar arasında virusun ötürülməsi dinamikasını öyrənən başlıca və bu günədək aparılan ən iri beynəlxalq tədqiqatın nəticəsidir. Tədqiqat Kataloniya paytaxtındakı San-Xuan-de-Deu uşaq xəstəxanasının komandası tərəfindən aparılıb. Müəlliflər “mühiti assimilyasiya edən və ya məktəbə oxşayan” obyekt kimi yay düşərgələrini seçiblər. Tədqiqat 5 həftə ərzində keçirilib, xəstəxana əməkdaşlarından ibarət qrup hər həftə düşərgəyə gəlib və polimeraz zəncirvari reaksiyanın aparılması üçün selik nümunələri götürüblər.

 

Əllərin yuyulmasına gəlincə, ekspertlər vurğulayırlar ki, düşərgələrdə əllərin yuyulması tez-tez, daha dəqiq desək, gündə 5 dəfədən çox aparılıb. Yoluxma səviyyəsi sıfır və daha aşağı olub. Buna görə də bu, nəzərə alınacaq çox vacib tədbirdir.

Komandanın əsas məqsədi, həmçinin tədris ili başlanana qədər ilkin nəticələri əldə etmək olub.

 

Tədqiqatın nəticələri artıq ÜST-ə və Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinə təqdim edilib.

Sözügedən araşdırma bir neçə ay ərzində pandemiyanın uşaqlara təsirini və virusun ötürülməsi dinamikasında bu əhali qrupunun rolunu öyrənən “Kids Corona” platformasının bir hissəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib