TƏBİB: "Xüsusən yaşlı insanlar, tibb işçiləri üçüncü dozanı vurdursalar effektiv olar"
20.08.2021 12:10

“Epidemiologiyada əlavə doza əvvəlki təcrübələrdə də olub. Bu, əldə olunmuş immunitetin daha uzun müddət davam etməsi üçün tövsiyə olunur”.

 

Aztibb.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

 

Y.Qarayeva bildirib ki, ən böyük ehtimala əsasən, vaksinin 6-8 ay müddətində effektivliyi təsdiqlənir: “Ona görə də bütün elm aləmində düşünürlər ki, 6 aydan sonra əlavə dozanın verilməsi tövsiyə olunur. Artıq bu haqda “Sinovac” şirkəti rəsmi məlumat da yayıb. Xüsusilə yaşlı insanlarda effektivlik haqqında məlumatlar var. Yaşlı insanlar əlavə dozanı vurduqda qanda olan immunoqlobulin sayı artır. Ona görə də tövsiyə edirik ki, yaşlılar, immun problemi olan insanlar, tibb işçiləri 6 ay keçəndən sonra əlavə 1 doza da vurdursalar, daha effektiv olar”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər