Saturasiyanız enirsə, qəti şəkildə evdə qalmayın! - Kardioloq-aritmoloqdan TÖVSİYƏLƏR
20.08.2021 10:55
Mən koronavirusla xəstəxanada yatanda sadəcə bir dəfə çox nəfəs darlığı yaşadım. İnqalyasiya edirdim, sürətli ürəkdöyünməm oldu. Yadımdadır ki, özümü maksimum psixoloji sakitləşdirdim. 10 dəqiqəyə nəfəs darlığım keçdi.
 
Aztibb.az xəbər verir ki, bunu koronavirusa yoluxub sağalmış kardioloq-aritmoloq Günay Rəhimova deyib.
 
O, hazırda evdə və xəstəxanada müalicə alan hər kəsə müraciət edib: "Bəli, xəstəlik ağırdır, bəzən ölümcüldür, amma unutmayın, beyinlərimiz bir ildən çoxdur ki qorxu, təlaş və stress altındadır. Çox şey beyində başlayıb, beyində bitir. Maksimum rahat olmağa çalışın. Saturasiyanız enirsə, qəti evdə qalmayın, xəstəxanalara müraciət edin".
 
"Mütləq peyvənd olunun, saxta pasport almayın, peşman olanları çox görürük", - deyə o, insanları vaksin məsələsində diqqətli olmağa çağırıb. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər