Ağ ciyərlərində kölgəlik müşahidə edilən xəstələrin 10-dan 9-u peyvənd edilməyənlərdir
20.08.2021 10:25
"Yoluxanların, xüsusən də peyvənd edilənlərin içərisində ağırlaşan və ölənlərin sayı qat-qat azdır. Yəni virus getdikcə zəifləyir. Bu, belə də olmalıdır. Tarix boyu da belə olub".
 
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev insanlara müraciət edərək onları koronavirusdan qorxmamağa çağırıb. Qeyd edib ki, hazırki koronavirus mutantı və ya mutantlarının yaratdığı xəstəlik əvvəlkilərdən yüngüldür:
 
"Peyvənddən qorxmayın. Əgər peyvəndə qarşı əks-göstərişiniz yoxdursa, mütləq peyvənd vurdurun. Mən 2 doza "Sinovac" və 1 doza "Pfizer" peyvəndi vurdurmuşam və peyvəndlərin heç bir zərərli təsirini hiss etməmişəm.
 
Həkim vurğulayıb ki, həqiqətən də yoluxma sayı artıb. Bunun əsas səbəblərindən biri də saxta peyvənd pasportlarıdır. Ağ ciyərlərində kölgəlik müşahidə edilən xəstələrin 10-dan 9-u peyvənd edilməyənlərdir. Peyvənd çox qoruyur. Bu şansdan istifadə edin. 
 
Həkim hələ də virusa yoluxanların çox sayda lazımsız dərman preparatları qəbul etmələrindən təəssüf hissi keçirdiyini söyləyib: "Məsələn, temperatur 37,5 olan kimi müxtəlif antibakterial, hormonal preparatlar qəbul edib, sistemlər qoşurlar. Çox sayda insanı bundan çəkindirmişəm və hamısı sağalıblar".
 
A.Əliyev həmçinin söyləyib ki, antibiotik virusa təsir etmir. Bunu birdəfəlik anlamaq laızmdır. Bu kimi preparatlar mikroba təsir edir. Əgər yanaşı bakterial ağırlaşma yoxdursa, antibiotikə qətiyyən ehtiyac yoxdur. Bu, əksinə qaraciyər və böyrəklərə mənfi təsir edərək orqanizmin virusla mübarizəsini çətinləşdirir. Dəfələrlə görmüşük ki, COVID-19 xəstəliyini yüngül keçirir, lakin eyni zamanda müxtəlif antibiotik, hormonal və digər lazımsız preparatlar istifadə edərək özlərini ağırlaşdırırlar.
 
Həkim bütün bunlarla yanaşı, hər kəsi ən yaxın insanlar istisna olmaqla digərləri ilə öpüşüb-görüşməməyə, qucaqlaşmamağa, eyni zamanda qapalı yerlərdə maska taxaraq, ara məsafəsini saxlamağa çağırıb. Əlavə edib ki, bunlara əməl etsək, özümüzü ən azı 90% qorumuş olarıq.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər