23 yaşlı müəllim koronavirusdan dünyasını dəyişdi
19.08.2021 18:27

Azərbaycanda gənc müəllim koronavirusun qurbanı olub. 

 

Aztibb.az xəbər verir ki, söhbət 1998-ci il təvəllüdlü ingilis dili müəllimi Şəbnəm Qurbanovadan gedir. Bu barədə onun həmkarları sosial şəbəkədə paylaşım edib. 10-12 gün öncə virusa yoluxan 23 yaşlı gənc bu gün dünyasını dəyişib. 

 

“Naxçıvan” Universitetinin məzunu olan Şəbnəm Gəncədə ingilis dili müəllimi kimi fəaliyyət göstərirdi. Dostlarının bildirdiyi məlumata görə, Ş.Qurbanova eyni zamanda xroniki xəstəlikdən də əziyyət çəkirdi.

 

Ş.Qurbanova 2 gün əvvəl koronavirusa yoluxması haqda sosial şəbəkə hesabında məlumat paylaşmışdı: "Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib..."

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər