Vaksinasiya olunanlar arasında ölüm hallarına rast gəlinməyib - Həkim-infeksionist 
19.08.2021 15:52

“Hazırki yoluxma dinamikasını analiz etsək görərik ki, artım trendi müşahidə olunmaqdadır. Bu səbəbdən bir tərəfdən vaksinasiya prosesi sürətləndirilməli, digər tərəfdən maarifləndirmə işləri daha da genişləndirilməlidir. Hazırki sanitar epidemioloji vəziyyəti nisbi nəzarət altındadır. Amma yoluxma sayı bu templə davam edərsə bizi ciddi problemlər gözləyə bilər. Bununla yanaşı, pandemiyanın ilk dövrlərindəki hazırlıq səviyyəsi ilə indiki hazırlıq səviyyəsi eyni deyil. Hazırda COVID-19-la mübarizəyə daha hazırlıqlıyıq”.

 

Bu barədə Aztibb.az-a açıqlamasında həkim-infeksionist Fərrux Sədirov məlumat verib.

 

Onun sözlərinə görə, artıq bütün dünyada dominat yoluxdurucu virus kimi delta ştamı qəbul edilib.

 

“Yoluxmanın tormozlayıcı faktorları arasında ən güclüsü vaksinasiyadır. Ümid edirəm ki, vaksinasiya sürətimizi yoluxma sürətinə çatdırıb bu zənciri qıra biləcəyik”, - deyə həkim bildirib.  

 

Vaksinasiya olunanlar arasında ölüm hallarına demək olar ki, rast gəlinmədiyini vurğulayan F.Sədirov iki doza vaksini tamamlamış və son vaksindən 2 həftə vaxt keçmiş şəxslər arasında ölüm halı qeydə alınmadığını diqqətə çatdırıb. Əlavə edib ki, ikinci doza vaksindən 3-5 gün keçdikdən sonra yoluxanlara rast gəlinsə də, onlar xəstəliyi yüngül keçirirlər: “Ümumilikdə, ölüm faizində azalma müşahidə olunmasa da, vaksinasiya olunmayanlar arasında ölüm faizi eyni olaraq davam edir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər