İndoneziya COVID-19-a qarşı “Merah Putih” vaksininin insanlar üzərində sınaqlarına başlayır
19.08.2021 10:11

İndoneziya yaxın zamanda COVID-19-a qarşı öz istehsalı olan “Merah Putih” vaksininin insanlar üzərində sınaqlarına başlayacaq.

 

Aztibb.az xəbər verir ki, bu barədə İndoneziyanın Ərzaq və Dərmanlara Nəzarət üzrə Agentliyi (BPOM) məlumat yayıb. Bildirilir ki, Eyrlanqa Universiteti (Unair) və “PT Biotic Pharmaceutical Indonesia” şirkəti tərəfindən birlikdə hazırlanmış vaksin BPOM tərəfindən bəyənilib və onun kliniki sınaqlarına icazə verilib.

 

Avqustun 19-da mətbuat konfransında çıxış edən BPOM-un rəhbəri Penni Lukito deyib ki, “Merah Putih” vaksininin hazırlanmasında iştirak edən altı milli institut və universitet arasında "Unair" daha böyük uğur qazanıb. Vaksinin siçanlar üzərində sınaqları artıq başa çatıb və hazırda meymunlar üzərində yoxlamalar keçirilir. BPOM rəhbəri qeyd edib ki, vaksinin beynəlxalq standartlar səviyyəsində hazırlanması üçün lazım olan bütün addımlar atılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər