İsveçrədə COVID-19-a yoluxma halları artır
26.08.2020 19:50

İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında koronavirusa yoluxma halları aprel ayından bəri ən yüksək həddə çatıb və son bir sutka ərzində 282 yeni yoluxma faktı qeydə alınıb.

 

İsveçrənin Səhiyyə naziri Alain Berset vəziyyətin nəzarətdən çıxa biləcəyinə dair xəbərdarlıq edib. O bildirib ki, sosial məsafə və karantin qaydalarına müntəzəm əməl etmək çətin olsa da, əhali hökumətin pandemiya ilə əlaqədar tətbiq etdiyi qaydalara riayət etməlidir.

 

Artıq ölkənin bir sıra kantonlarında ticarət obyektlərində maskadan istifadə öhdəliyi qüvvəyə minib. Avqustun 27-dən isə bu qayda ölkənin ən çox əhaliyə malik Sürix kantonunda da tətbiq olunacaq.

 

İndiyədək İsveçrədə koronavirusa yoluxanların sayı 40 min nəfərə yaxın olub, virusla əlaqədar ölənlərin sayı isə 1700 nəfərə çatıb. Virus daşıyıcıları ilə təmasda olduqlarına görə on min nəfər, riskli bölgələrdən İsveçrəyə geri döndüklərinə görə isə 15 min nəfər karantinə alınıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib