DOST mərkəzlərində COVID-19 əleyhinə vaksinasiya həyata keçirilir
17.08.2021 17:14

Vətəndaşlar artıq DOST mərkəzlərində də COVID-19 infeksiyasına qarşı peyvənd oluna bilirlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə DOST mərkəzlərində peyvənd məntəqələri yaradılıb.

 

Aztibb.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, məqsəd vətəndaşların COVID-19 xəstəliyi əleyhinə peyvəndə əlçatanlığını təmin etmək, rahat şəkildə və vaxt itirmədən vaksinasiyasını həyata keçirmək, eləcədə də DOST xidmətlərindən istifadə etmələrini təmin etməkdir. Vaksinasiya prosesində vətəndaşlar həkim yoxlanışından sonra “CoronaVac” vaksinindən istifadə olunmaqla peyvənd olunurlar.

 

Qeyd edək ki, 16 avqust tarixindən etibarən DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd pasportu və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları, eləcə də peyvənd olunmağa əks göstəriş barədə təsdiqedici sənəd olduğu halda həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər