Dünyada koronavirusa qarşı 4 milyard 700 milyon dozadan çox vaksin vurulub
17.08.2021 01:50

Avqustun 16-dək dünya üzrə COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 4 milyard 700 milyonu ötüb.

 

Aztibb.az vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, Çin 1 milyard 850 milyon doza ilə dünya ölkələri arasında birinci yerdədir. İkinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 543 milyon 850 min, ABŞ-da 355 milyon 770 min doza peyvənd vurulub.

 

Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (163 milyon 450 min), Yaponiya (108 milyon 180 min), Almaniya (97 milyon 260 min), Böyük Britaniya (87 milyon 630 min), Türkiyə (84 milyon 58 min), İndoneziya (81milyon 410 min) və Fransa (79 milyon 840 min) daxildir.

 

COVID-19 pandemiyasının statistikasını aparan "Worldometer” portalının bu gün saat 19:30 radələrinə olan məlumatına əsasən, dünya üzrə yoluxanların sayı 208 milyon 227 mini keçib, 4 milyon 379 mindən çox insan həyatını itirib, sağalananların sayı isə 186 milyon 690 min nəfərə yaxınlaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər