Abşeronda COVID-19 əleyhinə maarifləndirmə tədbirləri keçirilir - FOTO
16.08.2021 11:36

Abşeron rayonunda COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilir. Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən yaradılan komissiya tərəfindən mütəmadi olaraq maarifləndirmə, təbliğat işləri aparılır.

 

Rayonun baş həkimi Mehriban Qaralovanın rəhbərliyi ilə komissiyanın üzvləri tərəfindən aktiv şəkildə yerlərdə sakinlərlə görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır.

 

Qeyd edək ki, belə maarifləndirici görüşlərin keçirilməsi öz müsbət nəticəsini artıq göstərir. Görüşlər zamanı komissiyanın üzvləri və həkimlər çıxış edərək vaksinasiya və xəstəliklə bağlı sakinləri maraqlandıran məsələlər barədə danışır, sakinləri maraqlandıran sualları cavablandırırlar.  

 

Yerlərdə yoluxma sayının artmasının qarşısını almaq məqsədi ilə keçirilən görüşlər zamanı iştirak edən əhalinin sayından asılı olmayaraq ciddi şəkildə karantin qaydalarına riayət olunur, sosial məsafənin gözlənilməsinə və tibbi maskadan istifadə edilməsinə ciddi nəzarət edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər