Tibbdə ağrıkəsicilərə alternativ olan iynəbatırma – Akupunktura /İkinci yazı
14.08.2021 17:02

Bu gün Çindən əlavə, Avropa, Amerika və Rusiyada tədqiqat institutları yaradılıb ki, onlar bir çox xəstəliklər zamanı iynələrlə aparılan müalicə metodunu tətbiq edirlər.

 

Aztibb.az iynəbatırma ilə orqanlar arasında energetik tarazlıq yaradaraq tətbiq olunan müalicənin əhəmiyyəti və üstünlükləri barədə növbəti yazını təqdim edir.

 

Akupunkturanın ideyası ondan ibarətdir ki, əgər insanın hər hansı bir orqanı  zədələnibsə, demək ki, orqanizmin bütün sistemləri arasında qarşılıqlı əlaqə pozulub və təkcə xəstəlik deyil, bütün orqanizmi müalicə etmək lazımdır.

 

Bədənimizdə 12 qoşa və 2 tək bir-biri ilə əlaqəli meridian mövcuddur və hər bir orqanının öz meridianı var. Məsələn, ürək meridianı əlin beşinci barmağından keçir, ağciyər meridianı isə baş barmaqdan keçir. Şərq fəlsəfəsində İn-Yan nəzəriyyəsinə görə tərəflər balansda, tarazlıqda olarkən insan sağlamdır.

 

İynəbatırma müalicəsinə üz sinirinin nevritləri, üz iflicindən sonra sifətin əyilməsi problemini yaşayanlar müraciət edirlər. Həmin insanlarda üzə iynələr tətbiq edilir, müalicə əsasən bir kurs aparılır.

 

Akupunktur müalicə neyrosilkulyator distoniya, hipertamiya tipi, onurğa osteoxondrozu, nevralgiya, neyro-vegetativ rinosinusopatiya, bronxial astma, bronxit və ya xroniki bronxit üçün də effektivdir.

 

İynəbatırma periferik və mərkəzi sinir sistemini və buna bağlı olan əzələ sistemini qıcıqlandıraraq sinirlərə və əzələlərə aktivitlik və canlılıq qazandırır. Beyin ilə orqanlar arasındaki əlaqəni təmin edən disfunksiyani aradan götürərək və organların hüceyrələrindəki enerji balansını tənzimləyərək daxili organların normal işləməsini təmin edir. Sıxılmış olan sinir və damarları rahatladır.

 

 

 

Akupunktura orqanizmdə olan ağrıkəsici təbii maddələrin ifrazini artırır. Bədən də olan endorfin adlı maddə iynə batirma sonrasi sürətli bir şəkildə orqanizmdə artır. Endorfin vücutda olan çox güçlü bir ağrıkəsicidir. Belecə xəstə ağrıkəsici dərman almadan ağrısından azad olur.

 

İynəbatırma bədəndə əzələ rahatladan maddələri də hərəkətə gətirir. Qulaq seyvanı önündə olan nöqtəyə akupunktur iynəylə stimulyasiya edərək qamma amin yağ turşusunun ifrazı sürətləndirilir. Bu maddə çox güclü əzələ yumuşaldıcıdır. Beləcə xəstə dərman almadan boyun ətrafındakı yumşaq toxumalarda yaranan əzələ spazmından azad olur.

 

Pediatriyada akupunkturanın muxtəlif növlərindən – nöqtəvi massaj, akupressura, moksaterapiya, mikroiynəbatırma və klassik iynəbatırmadan istifadə olunur. Müalicə 2 yaşdan böyük uşaqlarda aparılır.

 

Uşaqlar sinir sisteminin morfofunksional yetişməzliyinə görə zədələyici təsirlərə çox həssasdır. Digər tərəfdən uşaqların yüksək kompensator və regenerator imkanları var ki, bu da müalicənin effektini artırır. Uşaqlarda iynəbatırmanın çətinliyi də ondadır ki, onlarda prosesdən əvvəl təbii qorxu, həyəcan olur. Əgər uşaqda həkimə inam hissi, sağalmaq istəyi olarsa, bunu da aradan qaldırmaq olar.

 

İynəbatırmanı medikamentoz müalicə ilə yanaşı da etmək mümkündür. Bu metod uşaq sinir sisteminin bir çox xəstəliklərində, əsasən də, vegetativ disfunksiyalar,  yuxu pozuntuları, miqren və gərginlik, inkişaf ləngimələri, uşaq serebral iflicləri, spastik və süst parezlərdə istifadə edilir.

 

Qadınlarda adət pozğunluğu, qısırlıq, vaginanın qanaması, xarici cinsiyyət orqanınnın iltihabi xətəlikləri və qaşıntı, tez-tez sidiyə getmə, sidik qaçırma və s. patologiyalar zamanı iynəbatırma ilə müalicə tövsiyə olunur.

 

Son vaxtlar hətta narkotiklərə aludəlikdən əziyyət çəkənlərin müalicəsi üçün də akkupunktura üsulundan istifadə olunur. Bu yolla narkotik maddələrin aslılığından qurtulub normal həyata qayıdan insanlar çoxdur.

 

İynəbatırma müalicə metodunun şəkərli diabet, onkoloji xəstəliklərin müalicəsində faydası yoxdur və tövsiyə edilmir. Hamilə qadınlara, qızdırmalı adamlara akupunktura məsləhət deyil.

 

Dünyada iynəbatırma ilə müalicə Çində geniş yayılıb. Hazırda Amerikada, eləcə də Avropa ölkələrində bu müalicə üsulundan geniş istifadə olunur. Azərbaycanda da iynəbatırma müalicə üsulu ilə məşğul olanlar az deyil. Amma bu sahədə ən vacib məsələ həmin müalicəni peşəkarların aparmasıdır.

 

Müalicə prosesi həkimin profesionallıq dərəcəsindən asılıdır. Təsir göstəriləcək nöqtə düzgün təyin edilməlidir. Əgər iynə ilə nöqtəyə düzgün düşmədikdə küt ağrı hissiyatı yaranır. Nöqtə axtarışına davam etdikdə baxılan halda pasientdə diskonfort vəziyyəti yaranır. Pasient uşaqdırsa psixoloji olaraq qorxu hissi yaranacaq və müalicə prosesi davam etməyəcəkdir. Bu xoşa gəlməz halların yaşanmaması üçün impedansometrik metod vasitəsiylə nöqtələrin lokalizasiya prosesi aparılır və nöqtənin yeri təyin olunur. Təyin olunan nöqtəyə iynə daxil edilir və bu zaman pasientdə xüsusi qıcıqlanma hissiyatı yaranır.

 

Gələcəkdə alimlər bu müalicənin yeni terapevtik imkanlarını açmağı planlaşdırırlar. Lakin bunun da bir çatışmayan cəhəti var – lazımi bilikləri olan mütəxəssislərin sayı çox məhduddur.

 

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
 Qusarda qanvermə aksiyası:
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat   
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib   
 Şagirdlərə reproduktiv sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat verilib   
 Uğurlu əməliyyat – daha sağlam həyata doğru növbəti addım!   
Məktəblilərə sağlam və düzgün qidalanma ilə bağlı tövsiyələr verilib
Akademik Zərifə Əliyevanın xatirəsi anılıb    
AMEA rəhbərliyi akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib    
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Gənc terapevt Solmaz Nağıyeva
Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb - Beynəlxalq konfrans  
AQTİ “Vahid Sağlamlıq” mentorluq proqramına start verir