Saxta vaksin sertifikatı alanlar hər birimizin sağlamlığı üçün ciddi təhlükə yaradır
14.08.2021 12:49

Azərbaycan yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır. Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Amma təəssüf ki, son vaxtlar saxta peyvənd sertifikatının verilməsi faktları da artıb. Bu isə yoluxma hallarının artmasına, bununla yanaşı, dövlətin bu sahəyə ayırdığı pulların hədər getməsinə səbəb olur. Digər tərəfdən, peyvənd əleyhinə elmi əsası və sübutu olmayan fikirlərin yayılmasına gətirib çıxarır.

 

Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov saxta vaksin sertifikatı barədə sualı cavablandırarkən bildirib ki, ölkə başçısının beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkədə vaksin ehtiyatı yaradılıb: “Vətəndaşların seçim imkanı var. Saxta peyvənd sertifikatı verənlər isə pandemiya ilə mübarizədə görülən işlərə zərbə vurur. Saxta sertifikat alandan sonra virusa yoluxanlar, o cümlədən vəziyyəti ağırlaşanlar statistikada “peyvənd olunmuş” kimi qeyd edilirlər. Bu da insanlar arasında peyvəndə qarşı inamsızlıq yaradır. Halbuki, peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır. Hüquq-mühafizə orqanları saxta peyvənd sertifikatı satanlara qarşı sərt tədbirlər həyata keçirirlər və bu barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. Vətəndaşlar belə hallarla rastlaşdıqda bu barədə müvafiq dövlət qurumlarına məlumat verməlidirlər. Bu saxtakarlıq bizim hər birimizin sağlamlığı üçün təhlükə yaradır”.

 

Şöbə müdiri qeyd edib ki, saxta sertifikat alanlar onu satan tibb işçiləri qədər məsuliyyət daşıyırlar, çünki cəmiyyətə qarşı təhlükə törədirlər, insanların inamını azaldırlar: “Buna görə də təkcə saxta sertifikat verən tibb işçiləri deyil, alan vətəndaşlar da cəzadan kənarda qalmamalıdırlar. Üstəlik, həmin insanlar KİV vasitəsi ilə cəmiyyətə tanıdılmalıdır. Hamı bilməlidir ki, nə qədər çox insan peyvənd olunarsa, xəstəliyə yoluxanların sayı da bir o qədər az olacaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər