Ağır koronavirus xəstələrinin 90-95%-i peyvənd olunmayanlardır
14.08.2021 12:41
"Bir çoxları düşünür ki, məhdudiyyətlər yoxdursa, deməli virus yoxa çıxıb".
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya və allerqologiya şöbəsinin həkimi Günel Sadıqova son günlər koronavirusa yoluxma hallarının artmasına münasibət bildirib.
 
Onun sözlərinə görə, kütləvi vaksinasiya prosesinə hər kəs qoşulmalıdır. Çünki ölkədə yoluxma sayının artması həm dövlət, həm əhali, həm də səhiyyə işçiləri üçün təhlükə yaradır. Belə ki, artımlarla əlaqədar tibb müəssisələri yüklənmiş olacaq və qabaqlayıcı tədbirlərin görülməsində gecikmələr yaranacaq.
 
Mütəxəssis qeyd edib ki, insanlar arasında laqeydlik və təhlükəsizlik tədbirlərinə riayət olunmaması bu artımlara rəvac verir: “Bir çoxları düşünür ki, məhdudiyyətlər yoxdursa, deməli virus yoxa çıxıb. Halbuki pandemiya hələ bitməyib və virus yayılmağa davam edir. Yeni “Delta” ştammının qonşu ölkələrdə sürətlə yayılması, eləcə də ölkəmizdə mövcudluğu bizim üçün ciddi siqnal olmalıdır. Çünki bu ştamm böyük sürətlə yayıla bilir”.
 
G.Sadıqova müşahidələrə əsaslanaraq bildirib ki, bu gün xəstəxanaların reanimasiya şöbələrində müalicə alan koronavirus xəstələrinin 90-95%-i peyvənd olunmayan insanlardır. Peyvənd yoluxmanı tamamilə aradan qaldırmasa da, ağırlaşma və ölüm hallarını kifayət qədər azaldır. Ona görə də kütləvi peyvəndlənməni sürətləndirməklə, virusun öhdəsindən gəlmək mümkündür.
 
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən dövlət orqanlarında, habelə bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrində işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunacaq.
 
Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı bütün şəxslərin COVID-19 pasportunun olması zəruridir.
 
Bununla yanaşı, yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər