Yaponiyada koronavirus xəstələri üçün “oksigen stansiyaları” yaradılacaq
14.08.2021 12:24

Yaponiyada koronavirus xəstələrinin sayının yüksək sürətlə artdığı şəraitdə onların oksigenə olan tələbatını ödəmək məqsədilə “oksigen stansiyaları” yaradılacaq.

 

Bu barədə jurnalistlərə Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib. Baş nazir deyib ki, ölkənin bir sıra prefekturalarında koronavirusa yoluxma ilə əlaqədar yeni antirekordlar qeydə alınmaqda davam edir.

 

Y.Suqa bəyan edib ki, hökumət yerli hakimiyyət orqanları ilə birlikdə evdə müalicə alan xəstələrin ehtiyac yarandığı təqdirdə səhiyyə orqanları ilə əlaqə yarada bilməsi istiqamətində iş aparır. Baş nazir, həmçinin qeyd edib ki, xəstələrin oksigen terapiyası ilə təmin olunması məqsədilə əlaqədar nazirliklərə “oksigen stansiyaları”nın yaradılması barədə göstəriş verib.

 

Baş nazir hökumət tərəfindən son günlər təsdiqlənən və “anticisim kokteyli” adlanan terapiyanın da xəstələr üçün əlçatan olması üçün xüsusi obyektlərin yaradılması planı barədə də məlumat verib. Bu üsul xəstələrin eyni vaxtda venadaxili yolla iki dərman qəbul etməsinə şərait yaradır və virusun qarşısını alır.

 

Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada gündəlik yoluxma sayı 20 min nəfəri ötüb.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib