Həkim reportajı: Baş ağrısı onlarla xəstəliyin aparıcı simptomu ola bilər
14.08.2021 09:52

7-dən 77-yə qədər insanlar baş ağrısı ilə əlaqədar həkimə tez-tez müraciət edirlər. Baş ağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilir. Amerikalı alimlər belə bir araşdırma aparıblar ki, insanlar ən çox hansı xəstəliklə bağlı tez-tez həkimə müraciət edirlər? Araşdırmanın nəticəsindən bəlli olub ki, müraciətlərin 70 faizini baş ağrıları təşkil edir. Hələ bu da tam məlumat deyil. Təbii ki, xəstələrin özlərini evdə müalicə etmələrini, həkimə getməkdən qorxma hallarını və digər məsələləri də 70 faizin üzərinə gəlsək, bu faiz çoxalacaq.

Həkim müayinəsi mütləqdir

Başım ağrıyır deyib, aptekdən baş ağrısı dərmanı alıb, özbaşına atmaq düzgün deyil. Əgər həftədə iki dəfə baş ağrıyırsa, nevropatoloqa müraciət etmək lazımdır. Çünki baş ağrısının səbəbləri müxtəlif olur. Məsələn, xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində yaranan baş ağrıları var.

 

Həcmli törəmələr, yəni şiş xəstəliklri zamanı da baş nahiyəsində ağrılar olur. Bu halda əsasən səhərlər baş ağrıyır və adətən, ürəkbulanma, qusma müşahidə olunur.

 

Damar mənşəli baş ağrıları var, hansı ki, əhali arasında çox yayılmış miqren xəstəliyinin əlamətidir. Miqren xəstələrində adətən başın bir hissəsi kəskin ağrıyır və bu tip insanlar işıqdan, ani səsdən narahat olurlar. Miqrendən əziyyət çəkən insanlarda da qusma hallarına rast gəlinir. Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar olur. Bundan başqa, xəstədə boyun yırtığı, osteoxondroz olanda da baş ağrıyır.

 

Baş ağrıları müxtəlif ciddi xəstəliklərin göstəricisi ola bilər. Yalnız müayinələr nəticəsində xəstəyə düzgün diaqnoz qoymaq mümkündür. Ona görə də tövsiyyə edirəm ki, baş ağrı zamanı mütləq həkimə müraciət edin.

həkim-nevropatoloq Yeganə Rəşidova

Aztibb.az

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi