Saxta COVID-19 pasportu verən həkimlərin diplomunun ləğvi təklif olunur
13.08.2021 15:31

Bəzən sosial şəbəkələrdə vətəndaşların müxtəlif yollarla saxta COVID-19 pasportu əldə etmələri ilə bağlı iddialar səsləndirilir. Belə halların olması isə bir tərəfdən yoluxma hallarının artması, digər tərəfdənsə dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulması deməkdir. Vətəndaşları saxta pasport əldə etməkdən necə çəkindirmək olar? Bu kimi halların aradan qaldırılması üçün hansı işlər görülməlidir?

 

Aztibb.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov "Report"a açıqlamasında deyib ki, saxta koronavirus pasportunun verilməsi Azərbaycanda pandemiyası ilə mübarizədə görülən işlərə vurulan ən böyük zərbədir.

 

O hesab edir ki, saxta peyvənd pasportu verən tibb işcilərinin cəzası birmənalı şəkildə çox ağır olmalıdır: "Ən yaxşı halda isə həmin tibb işçilərinin diplomlarının ləğv edilməsi gündəmə gətirilməlidir".

 

Deputat Azərbaycanda peyvəndləmə prosesinin dünya ölkələrinə nisbətən qənaətbəxş, təqdirəlayiq olduğunu da vurğulayıb: "Amma bu hələ də bizim təhlükəsizliyimiz üçün arzuolunan, cəmiyyətin 75 faizinin iki dəfə vaksinlənmə dəyərindən çox aşağıdır. Üçüncü doza rəqəmlərini nəzərə almasaq, ölkəmizdə 15 milyon peyvənd istifadə olunduqdan sonra nisbətən rahat nəfəs alacağımız güman olunur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub