Bakıda vaksinasiya ilə bağlı birgə monitorinqlər keçirilir
12.08.2021 18:12

Son günlər ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında kəskin artım müşahidə edilir. Paytaxt Bakı şəhərində vətəndaşların koronavirusdan qorunması və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, əhali arasında virus əleyhinə vaksinasiya tədbirlərinin səviyyəsinin monitorinqi və vəziyyətin yerində öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə yaşayış məhəllələrində, komplekslərində və həyətlərdə reydlərə başlanılıb.

 

Reydlər zamanı nümayəndələr sakinlərlə görüşür və mənzillərdə fərdi söhbətlər aparırlar. COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

 

İlkin müşahidələrə görə, bəzi vətəndaşlar arxayınlaşaraq vaksinasiya məsələlərinə laqeyd yanaşır və maarifləndirmə işləri hər yerdə lazımi səviyyədə deyil. Ona görə də belə ərazilərə kömək məqsədi ilə məsul əməkdaşlar təyin edilib. Bakı Şəhər İcra Hakimiyyəti bir sıra paytaxt rayonlarının başçılarına iradlar bildirib, vətəndaşlarla maarifləndirmə və fərdi söhbətlərin aparılması işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

 

“Koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olmaq məqsədilə vətəndaşlar ilk növbədə vaksinasiya olunmalı, özlərini və ətrafdakılar qorumaq, xəstəliyin daha çox yayılmasına əngəl olmaq üçün tibbi-profilaktik qaydalara ciddi riayət etməlidirlər”, - deyə məlumatda bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub