Vaksinasiya yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır?  
12.08.2021 18:08

Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma saylarında artım gözlənilən idi. Yumşaldılmalardan sonra vətəndaşların arxayınlaşması, məsuliyyətsizliyi rəqəmlərin bu həddə gəlib çatmasına səbəb oldu. Lakin vaksinasiya olunanların sayı daha çox olarsa, məhdudiyyətlər tətbiq edilməyə bilər. Mütəxəssislərin rəyinə görə, əgər əhalinin 50 faizi peyvəndlənərsə, heç bir sərt karantin tədbirlərinə ehtiyac olmur. Buna görə də yeganə yol vaksinasiyadır.

 

AZƏRTAC xəbər verir ki, bunu yoluxucu xəstəliklər üzrə həkim-mütəxəssis Nigar Əliyeva deyib.

 

Mütəxəssisin sözlərinə görə, avqustun 9-dan COVID-19 əleyhinə peyvəndə əks-göstərişi olan vətəndaşlar üçün “Əks-göstəriş sertifikatı”nın verilməsinə başlanılıb: “Həmin sertifikatların alınması ilə bağlı kütləvi axın yaranıb. Bildirmək istəyirəm ki, heç bir xəstəlik vaksinasiya üçün qəti əks-göstəriş deyil. Çünki vaksinlərin heç biri canlı peyvənd hesab olunmurlar. Bunlar sadəcə olaraq replikasiyaya uğraya bilməyən gen materialıdır. Həmin materialın orqanizm üçün elə bir ciddi fəsadı yoxdur. Bütün vaksinlərin çox cüzi faiz olaraq əks-göstərişləri ola bilər. Lakin bu, o demək deyil ki, vaksinasiyadan yayınmaq lazımdır. Bir neçə aydır ki, onkoloji xəstələr, ürək-damar problemindən, şəkərli diabetdən əziyyət çəkənlər vaksinasiya olunurlar. Onlarda ciddi bir fəsad, ağırlaşma müşahidə olunmayıb. Temperaturun yüksəlməsi, ümumi halsızlıq, inyeksiya nahiyəsində ağrının olması normal əlamətlərdir. Bunlardan qorxmaq lazım deyil. Mövcud peyvəndlər bizi xəstəlikdən qoruyacaq yeganə vasitədir. Peyvənd bizi təkcə xəstəlikdən qorumur, həmçinin xəstəliyi yüngül keçirməyimizə kömək edir. Bundan əlavə, vaksinasiya yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır. Çünki vaksinasiya olunmasaq və virusu özbaşına buraxsaq, o, qısa müddət ərzində yeni mutasiyalara uğrayacaq. Qeyd edim ki, RNT tərkibli viruslar çox sürətlə bölünür. Vaksinasiya isə replikasiyanın qarşısını alır və virus yeni mutasiyalar əmələ gətirə bilmir.

 

Vaksinasiya üçün əks-göstərişi olanlar ilk növbədə poliklinikalara müraciət etməli, həkim-terapevtlər tərəfindən müayinə olunmalıdırlar. Poliklinika onların məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək və komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikatı” veriləcək”.

 

N.Əliyeva bildirib ki, əgər qaydalara ciddi riayət olunmazsa, yoluxma sayları daha da artacaq. Çünki “delta” ştamı əvvəlkilərdən daha yoluxdurucudur. Vaksinasiyadan keçənlər belə həmin ştam üçün daşıyıcı rolu oynaya bilərlər. Bu baxımdan peyvənd olunanların da maskadan istifadəsi mütləqdir.

 

Hazırda reanimasiyada müalicə alan xəstələrin demək olar ki, heç biri vaksinasiyadan keçməyib. Aylar öncə yanaşı xəstəliyi olanlar koronavirusa yoluxanda onlar arasında ölüm halları çox olurdu. Hazırda vaksinasiyadan keçən yanaşı xəstəliyi olan vətəndaşlar demək olar ki, COVID-19-u daha yüngül keçirirlər. Bu, bir faktdır. Ona görə də hər hansı bir yanaşı xəstəliyi bəhanə edib vaksinasiyadan qaçmaq düzgün deyil.

 

Hər ştam yarandıqca daha aqressiv və informasiyalı olur. Bir müddətdən sonra elə ştamlar yarana bilər ki, hazırkı vaksinlər onlara heç bir təsir edə bilməz. Hər yeni ştamda vaksinlərin qoruyuculuq faizi enir. Buna görə də mütləq şəkildə əhalinin böyük əksəriyyəti peyvəndlənməlidir ki, yeni ştamlar yaranmasın”, - deyə mütəxəssis qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub