Baş pediatr: "Risk qrupuna daxil olan uşaqlar koronavirusu ağır keçirirlər"
12.08.2021 18:13

Risk qrupuna daxil olan uşaqlar yeni növ koronavirus (COVID-19) infeksiyasını ağır keçirirlər. Bir yaşdan aşağı olanlar, xroniki xəstəliklərdən - ürək, böyrək problemlərindən əziyyət çəkənlər, serebral iflic, xərçəng xəstələri və immunitet çatışmazlığı olan uşaqlar risk qrupuna daxildirlər.

 

Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

 

Koronavirusa yoluxub sağalan uşaqların səhhətlərində müəyyən problemlərin yarandığını deyən baş pediatr “MİS C” sindromu barədə məlumat verib: “Əvvəllər koronavirusun yalnız qış aylarında yayıldığını hesab etsək də, sonradan hava şəraitinin fərq etmədiyi aydın oldu. Pandemiyanın ilk aylarında infeksiya ilə xəstələnən uşaqların sayı az idi. Ümumiyyətlə isə uşaqlar koronavirusu yüngül keçirirdi. Ona görə də həkimlər uşaqlara görə narahatlığa əsas olmadığını düşünürdülər. Lakin 2020-ci il aprelin sonundan etibarən koronavirusdan sağalan uşaqlarda kavasaki sindromuna bənzəyən iltihabi proses müşahidə edildi. “MİS C” sindromu sağlam uşağın koronavirusa yoluxub, sağalmasından sonra əmələ gəlir”.

 

Qeyd edək ki, “MİS C” sindromu immunitet sisteminin pozulmasının yeni formasıdır. Sindrom koronavirusa yoluxmadan sonra dörd həftə ərzində inkişaf edir və əsasən 2-15 yaşlı uşaqlarda rast gəlinir. “MİS C” uşaqlarda ürək, ağciyər, böyrək, beyin, dəri, göz və mədə-bağırsaq orqanlarının iltihablanmasına səbəb olur. Həmin iltihabi sindromdan əziyyət çəkən uşaqlarda hərarət, qarın ağrısı, qusma, ishal, boyun ağrısı kimi müxtəlif simptomlar müşahidə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər