"COVID-ə yoluxan hər 4 xəstədən birində ciddi böyrək, ürək, qaraciyər problemi yaranır"
12.08.2021 15:37

"İnsanlar bilsinlər ki, qapanmaları heç kim istəmir. Qapanmalar həm insanların, həm dövlətin iqtisadi vəziyyətinə mənfi təsir edir. Amma bunun üçün vaksin vurdurmaq vacibdir".

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov bildirib.

 

Onun sözlərinə görə, orqanizmdə daim bu virusa qarşı anticisim olmalıdır: "İnsanlar qayda-qanuna özləri də əməl etməlidir, sıxlıq olan yerlərdə də mütləq maska taxılmalıdır".

 

Həkim deyib ki, COVID-19-a yoluxan hər 4 xəstədən birində ciddi böyrək, ürək, qaraciyər problemi yaranır və orqanizmdə qalır:

 

"Bundan qorunmaq üçün qaydalara riayət olunmalıdır. Bəzən deyirlər ki, “yoluxacağıqsa, niyə peyvənd olunaq ki?”. Peyvənd olunmaq ona görə lazımdır ki, xəstəliyi yüngül keçirək, xəstəxanaya, reanimasiyaya düşməyə ehtiyac qalmasın. "Delta" ştamı geniş yayılıb, indi "Yota" ştamı da deyilir. Ştamlar hələ davam edəcək, ona görə bütün bunların hamısına qarşı bədənimizdə immunitet yaranmalıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər